İBTİDAİ İcma döVRÜ


-ci ildə Malazgird döyüşündə



Yüklə 74,32 Kb.
səhifə26/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   23   24   25   26   27   28   29   30   31
tarix kollekvium.docx

1071-ci ildə Malazgird döyüşündə Səlcuq ordusu Bizansı məğlub etdi, imperatoru əsir aldı. Kiçik Asiyanın çox hissəsi Səlcuq dövlətinə verildi. Sultan Məlikşah (1072-1092) dövründə Səlcuq imperatorluğu ən qüdrətli dövrünü yaşayırdı. Bu zaman paytaxt Reydən İsfahana köçürüldü. Səlcuq yürüşləri ilə Azərbaycana türk tayfalarının 3-cü böyük axını baş verdi. Azərbaycanda türk xalqının təşəkkülü prosesi qəti başa çatdı. Səlcuq yürüşləri nəticəsində: 1)Oğuz türkləri Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi; 2)Avropa feodallarının Şərqi işğal etmək üçün başlatdıqları Xaç (səlibçi) yürüşləri zamanı Səlcuqlar onlara sarsıldıcı zərbə endirdi və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişilməsinə imkan verilmədi; 3)Bizansın Cənubi Qafqazda möhkəmlənmək siyasəti, Azərbaycanın qərb torpağını işğal etməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxarıldı.

Səlcuq ağalığı dövründə Azərbaycanın torpaq mülkiyyəti və vergi sistemində dəyişikliklər baş verdi. Səlcuq sultanları mərkəzi hakimiyyətə hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə tutulan bütün torpaqları iqta şəklində Səlcuq əmirlərinə payladılar. İqta başlıca torpaq mülkiyyətinə çevrildi. İqta sahibləri – iqtadarlar əvvəllər onlara verilmiş torpaqlardan vergi almaqla kifayətlənirdilər. Zaman keçdikcə iqta irsən keçməyə başladı. Bu dövrdə uc torpaqları adlı yeni torpaq sahibliyi yarandı. Uc torpaqları imperatorluğun ucqarlarını – sərhədlərini qoruyan sərkərdələrə verilən torpaqlara deyilirdi və Frank imperiyasında mövcüd olmuş markqraflıqlara bənzəyirdi. Səlcuq sultanları tabe etdikləri əhalidən ənənəvi vergilərdən əlavə silah bahası, nal bahası, şərab bahası adlı vergilər də almağa başladılar.

Səlcuq dövründə vahid çəki, ölçü və pul sisteminin tətbiq edilməsi, ticarət yollarında təhlükəsizliyin təmin edilməsi, bəzi bölgələrin tacirlərinin rüsumlardan azad olunması imperatorluq daxilində iqtisadi əlaqələrinin inkişafına şərait yaratdı. Lakin sultan Məlikşahın və tədbirli vəzir Nizamülmülkün ölümündən sonra XI əsrin sonunda daxili çəkişmələr başlanması dövləti zəiflətdi. Böyük Səlcuq imperatorluğunun tənəzzülünün səbəbləri: 1)vilayətləri iqta kimi almış sərkərdələrin mərkəzi hakimiyyətə tabe olmaq istəməmələri; 2)tabe edilən ölkələrdə azadlıq mübarizəsinin genişlənməsi; 3)1096-1099-cü illərdə Birinci səlib yürüşü zamanı Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi idi. Sonuncu Səlcuq sultanı Səncərin dövründə (1118-1157) imperatorluq müstəqil dövlətlərə - atabəyliklərə parçalandı. Bu zaman yaranan ən güclü dövlətlərdən biri Azərbaycan Atabəylər (Eldənizlər) dövləti idi.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin