İBTİDAİ İcma döVRÜ



Yüklə 74,32 Kb.
səhifə2/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   2   3   4   5   6   7   8   9   ...   31
tarix kollekvium.docx

Alt paleolit. Azərbaycan dünyada ilk insanların yaşadığı ən qədim bölgələrdən biridir. Buna səbəb Azərbaycanda: 1)bitki və heyvanat aləminin zənginliyi; 2)şirin su qaynaqlarının olması; 3)təbii mağaraların mövcudluğu idi. Azərbaycanda ilk insan izləri Qarabağın cənubunda – Quruçay dərəsində aşkar edilmişdir və 1,5 milyon il əvvələ aiddir. Həmin bölgədə Füzuli şəhərinin yaxınlığında Azıx mağarısında insanlar bir neçə yüz min il davamlı yaşamışlar. Azıx mağarası Azərbaycanda aşkar edilmiş ən qədim insanların ilk məskəni və yeganə alt paleolit abidəsidir. Alimlər Azıxdan çoxlu daş alətlər, heyvan sümükləri, ocaq yeri, 350-400 min il öncə yaşamış Azıx adamının – azıxantropun çənə sümüyünü, tikinti qalıqları aşkar etmişlər.Azıx mağarasındakı ocaq yeri 700 min il öncəyə aiddir və ibtidai insanların odla tanışlığının bu dövrdən başlandığını sübut edir. Odun kəşfi insanların vəhşi heyvandan qorunmasını asanlaşdırdı, soyuqdan qorudu və qidanın bişirilməsinə imkan verdi. Alt paleolit dövrünün sonunda insanlar əmək alətlərini çaxmaqdaşı, bazalt və obsidian (dəvəgözü) kimi daha iti qəlpələr verən daş növlərindən hazırlamağa başladılar. Bu dövrdə dişli, qaşov tipli alətlər, kəsicilər, çapacaqlar hazırlanırdı.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin