Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlət qurumları
E. ə . III minillikdə Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlət qurumları yaranmağa başladı.Qədim tayfa ittifaqları və dövlət qurumları haqqında ilk məlumatlar Şumer – Akkad mixi yazılarında əks olunmuşdur. Bu məlumatlara əsəsən Cənubi Azərbaycan ərazisində yaşayan tayfalar
İkiçayarasında mövcud olmuş şəhər dövlətləri ilə iqtisadi və erkən siyasi münasibətlər saxlamışlar.
İlk dövlət qurumu e.ə.III minilliyin I yarısında Urmiya gölünün cənub və cənub – şərq hissəsini əhatə edən Arrata olmuşdur. Şumer qaynaqlarında “saf ənənələr ölkəsi” adlandırılan Arrata e. ə .XXVIII – XXVII əsrlərdə mövcud olmuş Uruk
Şəhər dövləti ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdir. Aratta hökmarı En - Sukuşsiranın Uruk dövlətinin başçısı En – Merkar arasında baş vermiş siyasi rəqabət və qismən də dostluq münasibətləri Şumer – Arrata əlaqələri haqqında geniş məlumatlar verir. E. ə. XXVII əsrdə Arattada hökmdara məxsus vahid hakimiyyət və dövlət idarələri mövcud olmuşdur. Dini görüşləri çoxallahlıq olan Arattada bərəkət və məhəbbət allahı olan İnnanaya ibadət geniş yayılmışdı.
Arattanın siyasi səhnədən çıxmasından sonra Azərbaycanda yaranmış ikinci dövlət qurumu Lullubi olmuşdur. E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda yaranmış Lullubi dövlət qurumu e.ə. XXIV – XXII əsrlərdə İkiçayarasında hakimiyyəti ələ keçirmiş Akkad dövləti ilə mübarizə apararaq öz mövcudluğunu təsdiq etməyə çalışmışdır. Lullubi hökmdarı Satuni (e.ə. 2230 – 2200) və
İmmaşqun (e.ə.2200 – 2170) mərkəzi Lullubi dövlətini möhkəmləndirməyə çalışmış və buna nail olmuşlar. Lullubi hökmdarı Annubaninin (e.ə.2170- 2150) dövründə artıq lulubilərin ölkəsi cənubda Diyala çayına, şimalda Urmiya gölünə qədər uzanırdı.
E. ə. III minillikdə Urmiya gölünün qərb və cənub qərb torpaqlarında yaranmış kuti tayfalarının dövləti formalaşmağa başladı. Kutilər Akkad dövlətinin işğalçılıq siyasətinə qarşı çıxaraq hətta İkiçayarası ərazisinə müdaxilə edirdilər. Kuti hökmdarları İmta (e.ə. 2204- 2197), İnqeşauş(e.ə 2198- 2192),Sarlaq (e.ə.2191- 2185), Yarlaqaş (e.ə.2184- 2178) akkadlarla mübarizədə məglub olsalarda, onların sələfi Elulumeş (e.ə. 2177- 2171) bu vəzifənin öhdəsindən gəlmiş və e.ə. 2175 – ci ildə Kutilər İkiçayarasına sahib olmuşlar. Lakin sonradan zəifləyən kuti etnik birliyi e.ə. 2104 – cü ildə hökmdar Tirikanın dövründə onların İkiçayarasındakı hakimiyyəti ləğv edilmişdir.
Dostları ilə paylaş: |