İBTİDAİ İcma döVRÜ


Azərbaycan Midiya və Əhəməni (İran) imperiyaları tərkibində



Yüklə 74,32 Kb.
səhifə10/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
tarix kollekvium.docx

Azərbaycan Midiya və Əhəməni (İran) imperiyaları tərkibində

Midiya Mannadan cənub-şərqdə, indiki İran ərazisində yerləşirdi. Midiya adı ilk dəfə e.ə IX əsrə aid Aşşur kitabəsində çəkilmişdir. E.ə. IX-VIII əsrlərdə Midiya tayfaları Aşşurdan asılı idilər.Yunan tarixçisi Herodot “Tarix” əsərində Midiya (Matay) tayfaları haqqında geniş məlumat vermiş, onların 6 tayfadan ibarət olmasını bildirmişdir. Midiyalıların türk olması güman edilir. E.ə. VIII əsrin sonunda Deyok Midiya tayfalarını birləşdirmiş, vahid dövlət yaratmış, paytaxt Ekbatan (Həmədan) şəhərini saldırmışdır. Varisi Kaştariti iskit yürüşlərindən istifadə edib e.ə 672-ci ildə Aşşur tabeçiliyinə son qoydu. Lakin e.ə. 653-cü ildə Aşşura yürüş zamanı həlak oldu və Midiya İskit şahlığına tabe oldu. E.ə 625-ci ildə Kiaksar iskit ağalığına son qoydu, kiçik vilayət hakimlərini özünə tabe etdi. Hərbi islahat keçirdi: atlıları piyadalardan ayırdı, ayrıca nizəçi və oxçu dəstələri təşkil etdi. O, güclü ordu yaradaraq Babilistan dövləti ilə ittifaqda Aşşura hücüm etdi. Müttəfiqlər e.ə. 612-ci ildə Aşşurun paytaxtı Nineviyanı tutub yandırdılar. E.ə. 605-ci ildə isə Aşşurun varlığına son qoydular.

Kiaksar Parsua (Fars) əyalətini tutmuş, e.ə. 590-ci ildə isə Manna, İskit və Urartu dövlət-lərini özünə tabe etmişdi. Daha sonra Egey dənizi sahilinə çıxmaq üçün Lidiya ilə müharibə aparmış, lakin e.ə. 585-ci ildə sülh bağlamalı olmuşdu. Oğlu Astiaqın dövründə əyanların hüquq-ları məhdudlaşdırıldı. Bu da daxili narazılığı gücləndirdi. Bundan istifadə edən Fars vilayəti hakimi II Kir qiyam qaldırdı. E.ə. 550-ci ildə Ekbatanı tutdu, Midiya dövlətinə son qoydu.

E.ə. 550-ci ildə II Kir İran dövlətinin əsasını qoydu. O, Fars tayfa ittifaqının yaradıcısı Əhəmənin nəslindən olduğuna görə yaratdığı dövlət həm də Əhəməni adlanırdı. II Kir Midiyanı tutduqda, bu dövlətə daxil edilmiş əraziləri, o cümlədən Cənubi Azərbaycanı da özünə tabe etdi. II Kir e.ə. 547-ci ildə Lidiyanı, e.ə. 539-cu ildə Babilistanı, ardınca Suriya, Fələstin və Finikiyanı işğal etdi. E.ə. 530-cu ildə isə Araz çayından şimala – Massaget tayfaları üzərinə hücum etdi. Lakin Massaget hökmdarı Tomiris İran ordusunu məğlub etdi, II Kir isə öldürüldü. İran taxtına oğlu II Kambiz çıxdı. O, e.ə. 525-ci ildə Misiri işğal etdi. Şah Misirdə olarkən, e.ə. 522-ci ildə Midiya kahini Qaumata üsyan qaldırdı və Əhəməni taxt-tacını ələ keçirdi. Qaumata tabe edilmiş tayfaların ağır vəziyyətini yüngülləşdirmək üçün üç illiyə vergiləri ləğv etdi, onlardan əsgər toplanmasını dayandırdı. O, midiyalıların hakimiyyətini bərpa etməyi qarşısına məqsəd qoymuşdu. Bundan narahat olan fars əyanları Əhəməni nəslindən olan I Daranın başçılığı ilə sui-qəsd təşkil edib Qaumatanı öldürdülər. I Dara İran taxtına çıxdı. O, az sonra Böyük Qafqaz dağlarına qədər ərazini özünə tabe etdi. I Daranın dövründə İran imperiyası Egey dənizi sahilləri və Misirdən Hind çayına qədər böyük ərazini əhatə edirdi. I Dara bu nəhəng imperiyanı 20 satraplığa – canişinliyə böldü. Dünyada ilk dəfə qızıl pul (darik) kəsdirdi. E.ə. 490-cı ildə Yunanıstana yürüş etdi. Bu yürüşdə İran ordusu tərkibində Azərbaycanın kaspi və sak tayfalarından olan döyüşçülər də iştirak etmişdi.

E.ə. 334-cü ildə Makedoniyalı İsgəndərin Şərqə - İran imperiyasına yürüşü başlandı. Onun ordusu e.ə. 334-cü ildə Qranik döyüşündə, e.ə. 333-cü ildə İss döyüşündə İran şahı III Daranın ordusunu məğlub edib Kiçik Asiyanı və Suriyanı, e.ə. 332-ci ildə Finikiyanı, Fələstini ardınca Misiri ələ keçirdi. E.ə. 331-ci ildə Qavqamel (Şimalı Mesopotamiya) döyüşündə Makedoniyalı İsgəndər qalib gəldi. Bu döyüşdə İran ordusu tərkibində alban və sak tayfaları da iştirak etmişdi. E.ə. 330-cu ildə III Dara öz xidmətçisi tərəfindən öldürüldü. Makedoniyalı İsgəndər İranın paytaxtını tutub yandırdı. Bununla İran imperiyası süqut etdi. İrana daxil olan Azərbaycan torpaqları Makedoniyalı İsgəndərin imperiyasına qatıldı.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin