İBTİDAİ İcma döVRÜ



Yüklə 74,32 Kb.
səhifə9/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
tarix kollekvium.docx

Manna dövləti

Manna dövləti. E.ə. IX əsrdə Azərbaycanın cənubunda, tarixi Manna ərazisində Zamua, Gilzan, Gizilbunda, Zikirtu, Uişdiş və s. Vilayətlər mövcud idi. Zamua Urmiya gölündən cənubunda yerləşirdi və Manna dövlətinin ilkin əsasını təşkil etdi. Manna dövlətinin adı ilk dəfə e.ə. 843-cü ilə aid Aşşur mixi kitabəsində çəkilmişdir. Mannanın paytaxtı İzirtu şəhəri idi. E.ə. IX əsrin sonu – VIII əsrin I yarısında Mannaya Aşşur və Urartu (indiki Türkiyədə, Van gölü ətrafında yaranmışdı) yürüşlər edirdi. Bu hücumları dəf edən Manna tədricən gücləndi. Lakin e.ə. VIII əsrin I yarısında Aşşur hökmdarı Mannanın Mazamua vilayətini işğal etdi. Manna hökmdarı İranzu (e.ə.740-719) dövləti daha da gücləndirdi. Aşşurla Urartu arasındakı müharibədən istifadə edib Urartunun işğal etdiyi torpaqları geri aldı. Dikbaş vilayət hakimlərini tabe edib, mərkəzi hakimiyyəti möhkəmlətdi. Canişinlik sistemi tətbiq etdi.

İranzunun dövründə Mannanın şimal sərhəddi Araz çayına qədər çatdı. Bu zaman Manna xarici siyasətində iki meyl var idi:

1)İranzunun başçılıq etdiyi qrup Aşşurla ittifaqa üstünlük verirdi;

2)Mərkəzi hakimiyyətin güclənməsindən narazı olan bəzi vilayət hakimləri isə Urartu ilə yaxınlaşmaq xətti yeridirdilər. İranzu Aşşurla müttəfiq olmaqla: 1)Urartu hücumlarının qarşısını almaq;

2)ölkədə əmin-amanlığı qorumaq;

3)Mannanın ərazi bütövlüyünü təmin etmək məqsədi güdürdü. Bu siyasətdən narazı olan vilayət hakimlərinin bir qrupu Urartunun köməyi ilə ölkəni parçalamağa çalışırdılar. E.ə.719-cu ildə Zikirtu hakimi, Şuandahul və Durdukka şəhərlərinin əhalisi üsyan qaldırdılar. Aşşur hökmdarının köməyilə İranzu bu üsyanı yatırdı. Daha sonra oğlu Aza hakimiyyətə gəldi və atasının siyasətini davam etdirdi. Bundan narazı qalan qüvvələr Urartunun yardımı ilə e.ə.716-cı ildə Azaya sui-qəsd təşkil edib öldürdülər. Manna taxtına İranzunun digər oğlu Ullusunu çıxarıldı. O, Aşşurla ittifaqı pozub Urartu ilə yaxınlaşdı, 22 Manna qalasını Urartuya bağışladı. Bunu eşidən Aşşur hökmdarı II Sarqon e.ə.716-cı ildə Mannaya yürüş etdi, İzirtu və digər şəhərləri tutub yandırdı. Ullusunu yenidən Aşşur tabeliyini qəbul etdi. E.ə.715-ci ildə Aşşur hökmdarı yeni yürüş edərək Mannaya basqın edən Urartu hökmdarını məğlub edib qovdu. E.ə. 714-cü ildə isə II Sarqon özü Manna, Midiya və Urartuya böyük yürüş etdi. Bu yürüşün Manna ilə bağlı məqsədi:

1)Mannanı Urartu təcavüzündən tam azad etmək;

2)Aşşur mövqeyini bu ölkədə qəti möhkəmləndirmək;

3)Mannadan Aşşur xəzinəsinə vaxtında xərac göndərilməsini təmin etmək idi.

II Sarqon bu yürüş zamanı Urartunu məğlub edib, Uişdiş və Subi vilayətlərini Mannaya qaytardı. Urartu elə zəiflədi ki, bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Ullusunu II Sarqonun şərəfinə yazılı abidə qoydurdu.

Manna adi quldar dövlət idi. O zamankı qədim Şərq dövlətlərinin hamısında qul əməyindən geniş istifadə olunmurdu, məhsulun çoxunu azad icma üzvləri: kəndlilər, sənətkarlar istehsal edirdi. Bələ quldar dövlətlər adi, qul əməyinin əsas yer tutduğu Qədim Yunanıstan və Qədim Roma isə klassik quldar dövlətlər sayılırdı.Mannalılar və hökmdarları türk mənşəli idilər. Hökmdar hakimiyyəti e.ə VIII əsrin II yarısından irsi idi – atadan oğula keçirdi. Hakimiyyətin irsi keçdiyi dövlətlər monarxiya adlanır. Mannada hökmdar hakimiyyəti qeyri-məhdud idi. Dövlətdə ağsaqqallar şurası mövcud olsa da, bu şura hökmdardan asılı idi.

E.ə VII əsrin I rübündə kimmer, iskit (skif) və sak tayfaları Qara dənizin şimal sahillərindən və Şimali Qafqazdan cənuba yürüş edərək Mannanın şimal, qərb və cənub-qərb vilayətlərində, Manna və Urartu arasında məskən saldılar. Bu, türklərin Azərbaycana 1-ci böyük axını idi. Çoxsaylı İskit atlı qoşununa arxalanan Manna hökmdarı Ahşeri (e.ə 675-650) Aşşur tabeliyindən çıxdı və müstəqil siyasət yeritməyə başladı. Aşşur hökmdarı iskitləri öz tərəfinə çəkdi və e.ə 650-ci ildə Mannaya yürüş etdi. Ahşeri məğlub oldu. Düşmən İzirtunu və digər qalaları dağıtdı, çoxlu əsir və mal-qaranı özü ilə qənimət kimi apardı. Bu məğlubiyyətdən sonra ölkədə Ahşeriyə qarşı üsyan qalxdı, Ahşeri öldürüldü. Taxta oğlu Ualli çıxdı və Manna Aşşurla ittifaqı bərpa etdi. E.ə. 616-cı ildə Midiya vəYeni Babil şahlığı Aşşura qarşı müharibəyə başlayanda, Manna ordusu Aşşura kömək etdi. Lakin Aşşur məğlub oldu və e.ə.605-ci ildə ərazisi Midiya və Babil arasında bölüşdürüldü. Manna e.ə 590-cı ildə Midiya tərəfindən işğal edildi. Bununla Manna dövlətinin müstəqilliyi sona çatdı.

Manna əhalisi düzənlik və dağətəyi bölgələrdə əkinçiliklə məşğul olurdular. Hökmdara məxsus anbarlarda çoxlu buğda, arpa, darı saxlanılırdı. Aclıq vaxtı oradakı taxıl əhaliyə paylanırdı. Maldarlıq da təsərrüfat həyatında mühüm yer tuturdu. Atçılıq daha çox yayılmışdı. Subi vilayətinin atları xüsusilə məhşur idilər. Mal-qara, qoyun və dəvə saxlanılmasında yaylaqlardan istifadə olunurdu.

Azərbaycanda e.ə III minillikdə Urmiyaətrafı bölgələrin əhalisi mixi yazı ilə tanış idi. Mannada isə heroqlif yazı növündən istifadə edilimişdir. Bunu Ziviyədə tapılan gümüş sini üzərindəki işarələr aydın göstərir.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin