İBTİDAİ İcma döVRÜ



Yüklə 74,32 Kb.
səhifə12/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
tarix kollekvium.docx

Qədim Albaniya dövləti

E.ə. I minilliyin ortalarında Azərbaycanın şimal hissəsində kaspi tayfaları əsas yer tuturdu. Yunan tarixçisi Herodot kaspilərin İran ordusu tərkibində Yunanıstana hərbi yürüşdə iştirak etdiyini yazmışdır. E.ə. IV əsrdə isə albanlar başlıca yer tutdu və Azərbaycaın şimal hissəsi – Albaniya adlandı. Əhəməni dövrünün sonunda buradakı tayfalar alban adı altında birləşmişdi və Qavqamel döyüşündə İran ordusu tərkibində iştirak etmişdi. E.ə IV əsrin sonunda müstəqil Albaniya dövləti yarandı. Bu ölkədə 26 tayfa yaşadığı bildirilir. Onların ən çoxsaylısı türk dilli alban, qarqar, kadusi, uti, amardlar idi. Kaspi və müqlərin əsas hissəsi də Albaniyada yaşayırdı. Qafqaz dilli udi, xınalıqlı, buduqlu tayfaları da müəyyən yer tuturdu. Antik müəlliflərə görə, albanlar İberiya (Şərqi Gürcüstan) və Xəzər dənizi arasında, şimalda Böyük Qafqaz dağlarına, cənubda Atropatenə qədər ərazidə yaşayırdılar.

Qədim Albaniyaya indiki Azərbaycan Respublikası ərazisinin çoxu, Dağıstanın cənubu, Gürcüstanın Alazan (Qanıx) çayı vadisi daxil idi. Paytaxtı Qəbələ idi. Albaniya adi quldar dövləti idi. Qul əməyindən əsasən:

1) Padşahın və əyanların təsərrüfatında;

2) Məbəd təsərrüfatında;

3) Kənd təsərrüfatı və sənətkarlığın bəzi sahələrində istifadə edilirdi.

Romalı coğrafiyaşünas Strabon yazırdı ki, Albaniyada padşahdan sonra ən hörmətli adam Ay allahına mənsub məbədin baş kahinidir. Əhali 4 təbəqəyə bölünürdü: I təbəqəyə - padşah, ordu başçısı və vilayət hakimləri; II təbəqəyə - din xadimləri; III təbəqəyə - hərbçilər və əkinçilər; IV təbəqəyə - yerdə qalan adi adamlar daxil idi.

Albaniya əhalisi əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdu. Əkinçilikdə taxıl əkini çox mühüm yer tuturdu. Albaniyada tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Kənardan gətirilən pullar təlabatı ödəmədiyi üçün e.ə. III əsrin I yarısından yerli pul kəsilməyə başlandı. Albaniyada ilkin şəhərlər e.ə. I minilliyin ortalarından yaranmağa başlamışdı.Albaniya 60 min piyada, 22 min atlı qoşuna malik idi. E.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Albaniyaya və İberiyaya yürüş etdi. Onun məqsədi Xəzər sahillərini tutmaq, Hindistanla Qara dənizi birləşdirən ticarət yolunu ələ keçirmək idi.Albaniya hökmdarı Oroys Kür sahilində döyüşdə romalılara məğlub oldu və sülh bağladı. Pompey İberiyaya doğru hərəkət etdi. Albanlar romalıları təqib etdilər və e.ə. 65-ci ildə Qanıx çayı sahilində döyüşə girdilər. Albanlara Oroysun qardaşı Kozis başçılıq edirdi. Pompey hərbi hiylə işlətməklə qalib gəldi. Bu döyüşdə alban qadınları igidliklə vuruşmuş, onların cəsarəti romalıları heyrətə salmışdı. Döyüşdən sonra albanların əsas qüvvələri Oroysun başçılığı ilə dağlara çəkildi. Pompey Xəzər sahillərinə doğru irəliləməyə çalışırdı. Lakin albanların ciddi müqavi-məti ilə üzləşdiyi üçün bu niyyətindən əl çəkdi. Oroys Pompeyə məktub və hədiyyələr göndərdi, onunla sülh bağladı. E.ə. 36-cı ildə Roma sərkərdəsi Antoni İberiya və Albaniyanı itaətə gətirmək üçün Kanidinin başçılığı ilə qoşun göndərdi. Bu yürüşdən sonra İberiya və Albaniya Romadan asılı hala düşdü. Bu zaman alban hökmdarı Zober idi. Eradan əvvəlki dövrdə Albaniyada türk sülaləsi Aranilər hakimiyətdə idilər və Roma ağalığı dövründə öz daxili müstəqilliklərini saxlamışdılar. Yeni eranın I əsrinin ortalarında Albaniyada Parfiya Arşakilərinin bir nümayəndəsi hakimiyyətə gəldi və Arşakilər sülaləsinin hökmranlığı başladı. Bu dövrdə Albaniya xarici siyasətdə Romaya meyl edirdi. I əsrin sonunda Romanın kiçik hərbi dəstəsi Abşerona gəldi. Bu haqda Qobustanda latın dilində daş kitabə məlumat verir. II – III əsrlərdə Albaniya Roma ilə siyasi, mədəni və ticarət əlaqəsi saxlayırdı. Lakin Albaniya həmin dövrdə öz daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. I – III əsrlərdə Azərbaycana şimaldan alan tayfaları yürüş etdilər. 72-74-cü illərdə alanlar Albaniyadan keçib Atropatenə yürüş etdilər. Hökmdar Pakorun ailəsini əsir alıb çoxlu qənimət ələ keçirmişdilər. Alanlar mədəni inkişaf səviyyəsinə görə albanlardan geri qalırdılar və albanlardan təsərrüfat alətləri və sənətkarlıq sahələri öyrənmişdilər. Albaniyada isə alanların təsiri ilə katakomba (yeraltı sərdabə) qəbirləri yarandı. Arxeoloqlar Mingəçevir və Qəbələdə katakomba qəbirləri aşkar etmişlər.




Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin