VII-IX əsrlərdə Azərbaycanın iqtisadi həyatı və mədəniyyəti.
Bütün işğalçı dövlətlər kimi Xilafət də Azərbaycanda təsərrüfatın, sənətkarlığın, ticarətin, şəhərlərin inkişafını xeyli ləngitdi. Ərəb istilası Azərbaycanın bütövlükdə Xilafətə daxil olmasına şərait yaratdı.
Ticarət. Abbasilər dövləti Asiya, Avropa və Afrikanın bir sıra dövlətləri ilə geniş ticarət edirdi. Azərbaycan ərəb imperiyasının tərkibində olduğundan bu dövrdə Dərbənd, Beyləqan, Bərdə, Ərdəbil, Təbriz, Marağa, Naxçıvan və s. Azərbaycan şəhərlərinin əhəmiyyəti daha da artdı. Bu şəhərlər xilafətin digər ölkələrlə ticarətində fəal iştirak edirdilər. Bərdə, Ərdəbil bazarları əsas ticarət mərkəzlərindən hesab edilməklə bütün Şərqin və Qərbin diqqətini cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə Şimal-Şərqi Avropa və Asiya ölkələri arasındakı ticarətdə vasitəçilik edirdilər. Azərbaycan zərbxanalarında kəsilən sikkələrdən Rusiya, Almaniya, Skandinaviya və Pribaltika ölkələri ilə, habelə Şərq ölkələri ilə ticarətdə istifadə olunurdu. Xəzər sahilindəki Dərbənd, Bakı, Həştərxan və başqa limanlar Xilafətin Şimal və Şərq ölkələri ilə ticarətində başlıca mərkəzlər idilər. Yerli və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacirləri xeyli mənfəət əldə edir və onun bir hissəsini dövlətin xəzinəsinə verirdilər.
Dostları ilə paylaş: |