İBTİDAİ İcma döVRÜ


İlk orta əsrlər dövründə Azərbaycan mədəniyyəti



Yüklə 74,32 Kb.
səhifə16/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
tarix kollekvium.docx

İlk orta əsrlər dövründə Azərbaycan mədəniyyəti.

Erkən orta əsrlərin ilk dövründə Azərbaycan torpaqlarının vahid dövlətin – Sasani imperiyasının tərkibində olması iqtisadiyyatın və mədəniyyətin inkişafında böyük rol oynadı. Azərbaycanın şimal və cənub vilayətləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr daha da möhkəmləndi. Atropatendə Sasani dövlətində tətbiq edilən Pəhləvi yazısından istifadəyə başlandı. Albanların isə V əsrdən öz yazısı var idi. Alban əlifbasının 52 işarədən ibarət olması, boğaz səslərinin çox olması güman edilir. Ərəb işğalı və islamın qəbulu ilə əlaqədar ərəb əlifbasından istifadəyə keçildi və alban əlifbası unuduldu. Bu dövrdə alban memarlığı güclü inkişaf etdi. Bunu şimal sərhəddini qorumaq üçün inşa edilən müdafiə sədləri və qalalar sübut edir. Bu dövrə aid bir qoşa divar Beşbarmaq dağından Xəzər dənizinə qədər uzanırdı. Bu səddən 23 km şimalda Şirvan səddi çəkilmişdi. Bu sədd Çıraqqaladan Gilgilçay boyunca Xəzərə doğru idi. Ən əzəmətli sədd isə V əsrdə Samur çayından şimalda ucaldılmış Dərbənd səddi idi. Bu dövrdə Torpaqqala (Alazan vadisi), Gavurqala (Ağdam), Cavanşir qalası (İsmayıllı), Çarabkert qalası (Ağdərə) və digər qalalar inşa edildi.

Bu dövrdə Atropatendə atəşpərəstlik, Albaniyada isə çoxallahlıq (Günəş, Ay, Göy, Su allahlarına sitayiş), atəşpərəstlik və tanrıçılıq (Göy allahı – Tanrıya sitayiş) dinləri mövcud idi. IV əsrdən Azərbaycana ikinci türk axını başladı. Hun axınları adlanan bu yürüşlər VII əsrə qədər davam etdi. Bu zaman Azərbaycanda hun, sabir, bulqar, xəzər, peçənək, kəngər və s. Tayfalar məskən saldılar. Bu türk tayfaları daha öncədən Azərbaycanda yaşayan türk tayfaları ilə qaynayıb qarışdılar və türk dili bütün Azərbaycan əhalisi üçün vahid ünsiyyət vasitəsinə çevrildi, yəni dil birliyi yarandı. Vahid xalq yaranması prosesi sürətləndi. Sasani dövrünün ən mühüm nəticəsi ölkənin bütün bölgələri arasında əlaqələrin genişlənməsi, etnik-siyasi və mədəni birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verməsi idi.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin