İBTİDAİ İcma döVRÜ


Azərbaycanın Sasani imperiyasının tərkibinə qatılması



Yüklə 74,32 Kb.
səhifə14/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
tarix kollekvium.docx

Azərbaycanın Sasani imperiyasının tərkibinə qatılması.

Sasani sülaləsinin nümayəndəsi Ərdəşir 226-cı ildə Parfiya dövlətini süquta uğradaraq İranda Sasani dövlətinin (226-651) əsasını qoydu. Sasani hökmdarı şahənşah adlanırdı. Dövlətin paytaxtı Ktesifon (Mədain) şəhəri idi. Dövlət dini atəşpərəstlik idi. Şahənşahdan sonra dövlətdə ikinci şəxs ali maq – baş atəşpərəst kahini sayılırdı. Sasani dövləti 227-ci ildə Atropateni özünə birləşdirdi. Şahənşah taxta çıxan zaman Ktesifondan Qazakadakı baş atəşpərəst məbədinə ziyarətə gəlməli idi. Atropatendə torpaq sahibi dehqan, Albaniyada isə iri feodal patrik, xırda və orta feodallar azadlar adlanırdılar. Dehqanlar və azadlar müharibə vaxtı Sasani qoşununda xidmət edirdilər. VI əsrdə şahənşah I Xosrov Ənuşirəvan özünü sahibsiz qalmış torpaqların varisi elan etdi və bu torpaqların çoxunu sərkərdələrinə şərti torpaq mülkü kimi payladı. I Xosrov vergi islahatı keçirdi. Məqsədi: 1)vergi yığan məmurların özbaşınalığını azaltmaq; 2)toplanan vəsaitin xəzinəyə daxil olmasını təmin etmək idi. Vergi islahatına görə: 1)vergilərin miqdarı və verilmə tarixi dəqiqləşdirildi; 2)uşaqlar, qadınlar və yaşı 60-ı keçmiş kişilər gezitdən azad edildi; 3)xaraq alınan zaman əvvələr olduğu kimi məhsulun həcmi deyil, torpaq sahəsi əsas götürüldü. Bu da quraqlıq dövründə əhalinin vəziyyətini daha da ağırlaşdırdı.

IV əsrdə Albaniya dövlətinə Çola, Lpina, Şəki, Kaspiana, Uti, Paytakaran, Arsax və s. Vilayətlər daxil idi. Çola vilayəti Dərbənd keçidindən Beşbarmaq dağına qədər Xəzər sahili ərazini əhatə edirdi. Əsas şəhəri Dərbənd idi. Erkən orta əsrlərdə Dərbənd keçidi Dəmir qapı, Alban qapısı, Hun darvazası, Dərbənd şəhərindəki qala qapılarından biri“Bayat qapısı” adlanırdı. Şəki vilayəti Albaniyanın şimalında dağlıq bölgədə yerləşirdi. Çola və Şəki arasında Lpina vilayəti mövcud idi. Dövlətin payaxtı Qəbələ bu vilayətdə idi. Uti vilayəti Kürün sağ sahilində yerləşirdi, mərkəzi Bərdə (Partav) şəhəri idi. Paytakaran vilayətinə Mil, Muğan düzlərinin bir hissəsi daxil idi. Kaspiana vilayəti Kürdən cənubdakı Xəzər sahili əraziləri əhatə edirdi. Arsax vilayətinə Qarabağın dağlıq hissəsi daxil idi. Ondan şimalda Sakasena, cənub-qərbdə Sünik vilayəti yerləşirdi. Erkən orta əsrlərin əvvəlində Albaniyada pambıq, çəltik (düyü) əkilməsinə, barama (ipək qurdu) bəslənməsinə və bunun üçün çoxlu tut ağacı bağı salınmasına başlandı. Pambıq daha çox Kür boyunda, çəltik Kaspianada, tut bağı Uti və Şəki vilayətlərində becərilirdi.

III əsrdən Albaniyada Arşakilər sülalələsi hakimiyyətdə idi. Bu sülalənin ilk nümayəndəsi I Cəsur Vaçaqan bütün vilayətləri birləşdirərək vahid dövlət yaratdı. Onun varisləri yerli türk əhalisi ilə qaynayıb qarışdılar və VI əsrin əvvəlinə kimi Albaniyanın daxili müstəqilliyini əsasən qoruyub saxlaya bildilər. Sasani şahı I Şapur Roma ilə ittifaqa meyl edən Albaniya hökmdarı I Vaçeni öldürüb 262-ci ildə bu ölkəni öz imperiyasına birləşdirdi. Bunu həmin il Nəqşi-Rüstəm məbədinin divarına həkk edilmiş yazı sübut edir. Lakin 272-ci ildə I Şapur öldükdən sonra Albaniya müstəqilliyini bərpa edə bildi. IV əsrin əvvəlində Paytakaran vilayətinin hakimi Sanatürk gücləndi. Onun siyasətində əsas yeri: 1)Albaniya müstəqilliyini qoruyub saxlamaq; 2)Ermənistan və ona arxa olan Romanın işğalçılıq siyasətinin qarşısını almaq; 3)Xristianlığın Albaniyada yayılmasına yol verməmək tuturdu. Sanatürk 337-ci ildə Ermənistana hücüm edib, paytaxtı Valarşapatı tutdu və bir il öz əlində saxladı. O, bu yürüş zamanı şimaldan hun və basil tayfalarını ittifaqa cəlb etdi. 338-ci ildə erməni sərkədəsi Roma (yunan) və iber (gürcü) qoşunların köməyi ilə Sanatürkün qoşununu məğlub edib ölkəsindən çıxardı. Sanatürk döyüşdə həlak oldu. Hunlar və basillər Albaniyada məskən saldılar. Albaniya hökmdarı Urnayr (343-371) Sasani dövləti ilə müttəfiq idi və 359-cu ildə Sasani və Roma qoşunları arasında Amid döyüşündə Albaniya Sasani, Ermənistan isə Roma tərəfindən çıxış etdi. Sasani qalib gəldi. Urnayr Arsax, Kaspiana, Marlar ölkəsi (Naxçıvan) və s. Vilayətləri geri aldı. 371-ci ildə Sasani və Roma arasında Dzirav döyüşündə Sasani məğlub oldu, Urnayr yaralanıb həlak oldu. Ermənistan bu döyüşdən sonra Albaniyanın Uti, Sakasen, Girdiman və Kolt vilayətlərini işğal etdi. Urnayrın Sasanilər tərəfindən vuruşmaqda məqsədi: 1)Albaniyanın torpaq bütövlüyünü qoruyub saxlamaq; 2)Ermənistanın Albaniyaya qarşı qəsbkarlığına son qoymaq idi. 387-ci ildə Sasani və Roma arasında sülh bağlandı, Ermənistan bu iki dövlət arasında bölüşdürüldü. Albaniya Sasani təsirinə düşdü və Dzirav döyüşündə itirdiyi vilayətləri geri aldı. V əsrin əvvəlində Sasani şahı xristian dini etiqadına imkan verir, xristianların xidmətindən istifadə edirdi. Varisi IIYezdəgerd isə xristianlığa qarşı mübarizəni gücləndirdi. Sasani şahı atəşpərəstliyi zorla yaymağa başladı, Cənubi Qafqazın feodal hakimlərini Ktesifona çağırıb atəşpərəstliyi qəbul etdirdi. Sasani dövləti atəşpərəstliyi yaymaqla: 1)xristianlığın yayılmasının qarşısını almaq; 2)İran hakimiyyətini möhkəmləndirmək; 3)əsarət altına aldığı xalqları itaətdə saxlamaq məqsədi güdürdü. Sasani ağalığı dövründə Azərbaycanın şimalına, xüsusən Abşerondan Dərbəndə doğru Xəzər sahili bölgələrə Mərkəzi İrandan tayfalar köçürüldü. Yerli əhalinin tat (yad, özgə) adlandırdığı bu fars mənşəli tayfaların köçürülməsində güdülən məqsəd: 1)Azərbaycanda özünə etnik dayaq yaratmaq; 2)torpaqsız İran kəndlilərini münbit torpaqla təmin etmək idi.

Sasani əsarətinə qarşı 450-ci ildə Cənubi Qafqazda xristian əhali üsyan qaldırdı və Xalxal döyüşündə (indiki Qazax ərazisində) Sasani ordusunu məğlub etdi. 451-ci ildə Avarayr döyüşündə (Maku yaxınlığında) isə Sasani ordusu qalib gəldi. Bu döyüşdə sasanilərə hun, kateş və qel tayfaları kömək etdilər. Albaniya hökmdarı II Vaçe bu üsyana qoşulmadı. Yalnız 457-ci ildə dayısı II Yezdəgerd öldükdən sonra daxili siyasətini dəyişdi: xristianlığı qəbul etdi, atəşpərəstlikdən və sasani tabeliyindən imtina etdi. Sasani şahı Haylandur (Onoqur) hunlarını II Vaçeyə qarşı qaldırdı. Hunlar 462-ci ildə Albaniyaya daxil oldular və 463-cü ildə II Vaçeni hakimiyyətdən məhrum etdilər. Albaniya 30 il hökmdarsız qaldı və Sasani hakimiyyətinə tabe edildi. Yalnız 493-cü ildə Arşakilər sülaləsinin son nümayəndəsi III Mömin Vaçaqan Albaniyada hakimiyyətə gəldi. O, 498-ci ildə Aquen məclisini çağırdı. Burada 1)xristian dininə aid qanunlar qəbul edildi; 2)vergilərin miqdarı müəyyənləşdirildi. Lakin xristi-anlıq Albaniyada dərin kök sala bilmədi. 510-cu ildə III Mömin Vaçaqan öldü və Sasanilər Arşakilər sülaləsinin hakimiyyətinə son qoydular. Albaniyanı Sasani mərzbanı (canişini) idarə etməyə başladı.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin