İBTİDAİ İcma döVRÜ



Yüklə 74,32 Kb.
səhifə6/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   2   3   4   5   6   7   8   9   ...   31
tarix kollekvium.docx

Orta Tunc dövrü e.ə. III minilliyin sonundan e.ə. II minilliyin ortalarına kimi davam etmişdir. Bu dövrdə Naxçıvan və Urmiya bölgələrində bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə yüksəlmişdi. Naxçıvanda II Kültəpə, Oğlanqala, Urmiyada Göytəpə, Qarabağda Üzərliktəpə belə şəhər tipli yaşayış məskənləri idi. Qədim Naxçıvan şəhəri-nin 3500 il əvvəl əsası qoyulmuşdur. Bu dövrdə bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq yarandı, II əmək bölgüsü baş verdi: sənətkarlıq digər məşğuliyyət sahələrindən (əkinçilik və maldarıqdan) ayrıldı. Bunu II Kültəpədə aşkar edilən dulusçuluq məhəlləsi və dulus sobaları sübut edir. Bu dövrdə dulusçuluqda müxtəlif rəngli boyalardan istifadə geniş miqyas aldı. Ona görə də, bu dövr Azərbaycanda boyalı qablar mədəniyyəti adlanır. Bu dövrdə atdan minik vasi-təsi və qoşqu qüvvəsi kimi istifadə mühüm yer tutdu. Metaləritmə sobaları təkmilləşdi, mərmər-dən toppuz və balta düzəldildi. Ovçuluqda sapand və tələdən istifadə olundu. Təsərrüfatın inkişafı ilə bağlı artıq (izafi) məhsul istahsalı çoxaldı, əmlak bərəbərsizliyi dərinləşdi.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin