İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə18/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

2. 6. Qan dövranının pozulması
Qan dövranının pozulmasının iki forması ayırd edilir: ümumi və yerli.

Qan dövranının ümumi pozulması zamanı ürək qan-damar sisteminin bir çox şöbələrinin fəaliyyətinin dəyişiməsi nəticəsində qanın hərəkəti zəifləyir. Bu pozğunluqlar ürək qapaqlarının zədələnməsi, miyokardın və endokardın xəstəlikləri, ürəyin tac damarlarının ağır zədələnmələri və s. zamanı meydana çıxır.

Bu pozğunluqlar zamanı ümumi xarakterik əlamətlər aşkar edilir: qanın hərəkət sürətinin aşağı düşməsi ilə əlaqədar toxumalar qanla pis təchiz olunur, ürəyin qan damarlarına vurduğu qanın həcmi azalır, vena qan dövranında və daxili üzvlərdə qan durğunluğu inkişaf edir.

Ümumi qan dövranının pozulması zamanı aşağıdakı əsas xarici əlamətlər müşahidə edilir: taxikardiya, təngənəfəslik, dərinin və selikli qişaların göy rəng alması, huşun itməsi və s.

Ürək və damar çatmamazlığı ayırd edilir. Onlar birgə təzahür edərsə, qan dövranının çatmamazlığı hesab olunur. Həm ürək, həm də damar çatmamazlığı kəskin və xronik vəziyyətdə ola bilər.

Yerli qan dövranının pozulmasına aşağıdakılar aiddir: hiperemiya, işemiya, infarkt, tromboz, emboliya, qanaxma və qansızma.

Hiperemiya (yunan sözü olub «hiper»-çox, «emi»-qan deməkdir) toxumalarda qanın həddən artıq toplanmasını göstərir. Hiperemiyanın 2 növü ayırd edilir: arterial və venoz.

Arterial hiperemiyanın əsas əlamətləri aşağıdakılardır: dərinin və selikli qişaların qızarması, genəlmiş xırda damarların pulsasiyası, maddələr mübadiləsinin güclənməsi səbəbindən yerli temperaturun yüksəlməsi.

Venoz qan durğunluğuna uğramış üzv göy rəng alır, onun temperaturu aşağı düşür. Qan cərəyanının sürəti azaldığı üçün toxumaların oksigen təminatının ağırlaşması ilə əlaqədar olaraq onların qidalanması, maddələr mübadiləsi pozulur. Bunun nəticəsində oksigenə çox həssas olan üzvün parenximası atrofiyaya.

Fiziki hərəkətlər venoz hipemiyanın aradan götürülməsinə səbəb ola bilər.



Staz ( yunanca «stazis»-durğunluq deməkdir) müxtəlif xırda venalarda və kapilliyarlarda qanın hərəkətinin dayanmasıdır.

Staz zamanı damarlar olduqca genişlənir, onların daxilində bir-birinə yapışmış eritrositlər toplanır. Genişlənmiş qan damarları ətraf toxumalara təzyiq göstərərək onların qidalanmasını və fəaliyyətini zəiflədir. Qısa müddətli staz zamanı qan dövranı bərpa olunur, uzun müddətli staz isə toxumaların ölümünə aparıb çıxarır.

Stazın meydana çıxmasının müxtəlif səbəbləri vardır: damar divarının iflici, venalarda qan durğunluğu, damarlara kimyəvi, istilik və s. amillərin təsiri.

Fiziki hərəkətlərin təsiri nəticəsində qan cərəyanı sürətlənərək stazın qarşısınə ala bilər və o, aradan götürülər.



İşemiya (yunanca «işeo»-saxlayıram, «hemi»-qan deməkdir) yerli qan azlığıdır. İşemiya zamanı hər hansı bir üzvün və ya onun bir hissəsinin qan təchizatı pozulur. O, əsasən müəyyən arteriyanın sıxılması və ya onun tutulması nəticəsində toxumaların qanla təchizatının pozulmasıdır.

İşemiya müxtəlif səbəblərdən meydana çıxır: psixi, kimyəvi, mexaniki, bioloji.

İşemiya müxtəlif üzvlərdə baş verə bilər:

İşemiya bir sıra əlamətlərlə xarakterizə edilir: toxumaların avazıması, soyuması, xırda qan damarlarının itməsi, üzvün həcminin kiçilməsi, ağrı, keyləşmə əlaməti, hissiyatın pozulması və s.

İşemiya nəticəsində yerli dəyişikliklərlə bərabər bir sıra ümumi dəyişikliklər də meydana çıxır: özündən getmə, huşsuzluq, ümumi arterial qan təzyiqinin enməsi, təngənəfəslik.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin