İdman təbabəTİ VƏ GİGİyena


AĞIRLIQQALDIRMANIN GİGİYENASI



Yüklə 1,93 Mb.
səhifə203/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   200   201   202   203   204   205   206   207   208
İdman təb.və gig.dərslik. 311 (1)

22.7. AĞIRLIQQALDIRMANIN GİGİYENASI
Ağırlıqqaldırmada sürət-güc tipli steriotip hərəkətlər tələb olunur. Onun məşğələləri düzgün bədən quruluşunun formalaşmasına, gücün artmasına, hərəkətlərin cəldliyi və koordinasiyasına yardım edir. Bununla birlikdə, ağırlıqqaldırma ilə məşğul olanlarda bir çox qiymətli əqidə və iradi keyfiyyətlərin – məqsədə nail olmaq, mərdlik, iradə, cəhd göstərmək kimi xüsusiyyətlərin əmələ gəlməsinə şərait yaradır.

İdman nəticələrinin yüksək səviyyəsi, məşqlərin həcmi və intensivliyinin çoxluğu, bədən kütləsinin tənzim edilməsi ağırlıqqaldırmanın hazırlığında gigiyenik vasitələrin geniş tətbiq olunmasını tələb edir.

Ağırlıqqaldıranların gündəlik rejimi ümumi gigiyenik tələblər əsasında qurulur. Bir qayda olaraq idmançılar gündə bir dəfə saat 17-20 arasında məşq edirlər. Bəzən yüksək dərəcəli idmançılar məşqi gündə iki-üç dəfəyə qədər artırırlar.

Atletlərin qidalanmasının bir çox xüsusiyyətləri vardır. Qidanın verdiyi kalori itirilən enerjini tam bərpa etməlidir. Atletlərin ştanq qaldırarkən 1 kq işə sərf etdikləri enerji çəki dərəcəsindən asılı olaraq aşağıdakılardır: yüngülvari 48 kkal, yarımyüngül 52,8 kkal, yüngül 72,9 kkal, yarımorta 5,3 kkal, orta 60,2kkal, yarımağır 64,3 kkal, ağır çəkidə 85 kkal. Bunları bildikdən sonra bütün məşq ərzində itirilən enerjini hesablamaq mümkündür.

Çəki kütləsi 60-dan 80 kq olan idmançılara qida maddələrinin tərkib hissələri gün ərzində hər kq kütlə üçün aşağıdakı miqdarda tövsiyə olunur: zülallar 2,5-2,9 q, yağlar 2,4-3,0 q, karbohidratlar 10,0-11,0q. Qidalanma gündə dörd dəfə nəzərdə tutulur. Ağırlıqqaldırmada iş qabiliyyətinin artırılması və bərpa prosesinin tezləşdirilməsi üçün müxtəlif pedaqoji üsullardan (məşq yükü və vasitələrin dəyişdirilməsi), səmərəli qidalanmadan, bərpa vasitələrindən (masaj, su prosedurları, balneoloji vasitələr), iqlim şəraitindən geniş istifadə edilir.

Ağırlıqqaldıranların hazırlığında anabolik preparatlardan (nerobol, diabol, retabol və s.) istifadə edilməsi qəti qadağandır.

Ağırlıqqaldırmanın xüsusiləşdirilmiş zalında üç taxta döşəmə - bir əsas (4x4 m) və iki əlavə (3x3 m), alətlər və daşlar oynatmaq üçün çuxur yerləşdirilir.

Ağırlıqqaldıranların geyimi qısa tumandan və qısaqol köynəkdən ibarətdir. İdmançı 120 mm enində kəmər bağlaya bilər. Kəmər üstdən bağlanılır. Çəkmənin hündürlüyü 130 mm-dən artıq olmamalı, altı kənarından 5 mm-dən artıq çıxmamalıdır.

Ağıratletlərin zədələnmələrindən bazu və mil-bilək oynaqlarının, onurğa sütununun bel hissəsinin zədələnməsini göstərmək olar. Profilaktika məqsədilə taxta döşəmənin vəziyyətinə, ştanqın sazlığına, ayaqqabının sürüşkən olmamasına fikir vermək lazımdır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin