İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə201/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   197   198   199   200   201   202   203   204   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

22.5. ATLETİKANIN GİGİYENASI
Atletika ən geniş yayılmış idman növlərindəndir. Bura yeriş, qaçış, tullanma və atma hərəkətləri aiddir. İnsan ömrü boyu, eləcə də əmək fəaliyyəti zamanı müəyyən qədər atletik hərəkətlərdən istifadə edir. Atletika məşqləri orqanizmə müsbət təsir göstərərək, dayaq-hərəkət üzvlərinin, ürək qan-damar, tənəffüs, mədə-bağırsaq və sinir sistemlərinin fəaliyyətini yaxşılaşdırır.

Atletin gündəlik rejimi planlaşdırılarkən qaçış hərəkətlərinə geniş yer vermək lazımdır. Bu orta, uzaq və çox uzaq məsafələrə qaçanlar üçün daha vacibdir. Digər idman növlərini təkmilləşdirən hərəkətlərin də bu məşqlərə daxil edilməsi məqsədəuyğun sayılır. Səhər məşğələlərindən sonra mütləq bədəni möhkəmləndirən su prosedurları qəbul etmək lazımdır, çünki atletlər daim müxtəlif mürəkkəb hava şəraitində çıxış etməli olurlar.

Atletin geyimi qolsuz köynək və qısa tumandan ibarətdir. İstər kişilərin, istərsə də qadınların qısa tumanları geniş olmalı, addımlara, hərəkətlərə maneçilik törətməməlidir. Ayaqqabılar möhkəm və yüngül olmalı, içərisində qırış, düyün və kobud tikişlər olmamalı, ayağa görə düzgün seçilməli, corab geydikdə rahat olmalıdır. Uzaq məsafəyə qaçanların ayaqqabılarının altının elastiki olması məsləhətdir. Kross və marafon qaçışlarında möhkəm dərili, dabansız ayaqqabı geyilir. Havanın və yerin vəziyyətindən asılı olaraq kiçik mili olan ayaqqabılardan istifadə edilir. Soyuq günlərdə yun, isti günlərdə iplik corab geyilməlidir.

Atletlərin qidalanması ümumi gigiyenik əsaslar üzərində qurulur. Qısa və orta məsafəyə qaçanlar, tullalanlar üçün aşağıdakı gündəlik norma nəzərə alınır: hər kq kütləyə zülallar 2,4-2,5q, yağlar 1,7-1,8q, karbohidratlar 9,5-10,0 q, kalori 60-70 kkal. Uzaq məsafəyə qaçanlar və idman yerişi ilə məşğul olanlar üçün hər kütləyə zülallar 2,0-2,3 q, yağlar 2,0-2,1 q, karbohidratlar 10,0-10,5 q, kalori 70-76 kkal. Ən uzaq məsafəyə qaçanlar üçün hər kq kütləyə-zülallar 2,4-2,5q, yağlar 2,2-2,3 q, karbohidratlar 11,0-13,0 q, kalori 75-85 kkal təşkil etməlidir.

Gün ərzində dörd dəfə yemək nəzərdə tutulur. Qaçanların qida payında çoxlu miqdarda karbohidratlar, B qrupu, C və PP vitaminləri olmalıdır.

Qaçış yollarının üst təbəqəsi möhkəm, elastik və müxtəlif atmosfer təsirlərinə qarşı davamlı hazırlanmalıdır. Üst təbəqələr su keçirən və su keçirməyən olurlar. Qaçış yollarının su keçirən üst təbəqəsi müxtəlif qarışıqlardan hazırlanır: çınqıl, kömür-çınqıl, saxsı və s. Su keçirməyən üst təbəqə sintetik materiallardan-rezinbitumdan, asfaltbitumdan və s. hazırlanır. Qaçış yollarının vəziyyəti ona edilən qulluqdan çox asılıdır.

Tullanmalar üçün çuxurlar elə hazırlanmalıdır ki, zədələnmələr olmasın. Ona görə də, çuxuru 30% yumşaldılmış ağac ovuntusu və 70% qum qarışığı ilə doldurmaq lazımdır. Onu əhatə edən planka yerlə bir səviyyədə olmalıdır. Təkan üçün olan taxta döşəmə də yerlə bir səviyyədə olmalıdır. Məşq və yarışlardan əvvəl çuxurun yumşaldılmasına fikir verilməlidir.

Alət atmalar (dəmir lövhə, nüvə, çəkic, nizə) üçün yer düz, üfüqi, bərk torpaqlı və yaxşı hamarlanmış olmalıdır. Mümkün olduqda ətraf hasara alınmalıdır. Məşqlər və yarışlar elə təşkil edilməlidir ki, təsadüfən əldən düşən alət tamaşaçıları, başqa məşq edənlərə dəyməsin.

Atletlərdə məşq və yarışlar zamanı aşağıda göstərilən zədələnmələrə rast gəlmək olar. Sprinterlərdə və uzununa tullananlarda budun iki və dörd başlı əzələlərinin dartılması, qırılması, axil vətərinin dartılması və qırılması, maneəli qaçışda bunlardan əlavə diz və aşıq-oynaq vətərlərinin əzilməsi və dartılmasına rast gəlmək olur. Hündürlüyə tullananlarda diz və aşıq oynağı bağlarının, vətərlərinin dartılması, onurğanın boyun fəqərələrinin zədələnməsi baş verə bilir.

Zədələnmələrə qarşı profilaktika məqsədilə gigiyenik qaydalara ciddi əməl edilməlidir. İdmançılarda bərpa dövrünün tez başa çatması üçün əlavə vasitələrdən (masaj, ultrabənövşəyi şüalanma, baromasaj, ionizasiya və s.) istifadə etmək məsləhət görülür.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin