İdman təbabəTİ VƏ GİGİyena


IV FƏSİL İDMANÇININ SİNİR SİSTEMİNİN FUNKSİONAL



Yüklə 1,93 Mb.
səhifə23/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

IV FƏSİL

İDMANÇININ SİNİR SİSTEMİNİN FUNKSİONAL

VƏZİYYƏTİ VƏ ONUN TƏYİN EDİLMƏSİ ÜÇÜN

TƏTBİQ EDİLƏN SINAQLAR
İdmançılarda sinir sisteminin funksional vəziyyətinin öyrənilməsi böyük əhəmiyyətə malikdir, çünki bu, nəinki şəxsin idmanla məşğul olması məsələsini həll etməyə imkan verir, həmçinin idmançının məşqlərinin və istirahət rejiminin düzgün təşkil edilməsinə kömək edir. Bununla bərabər, sinir sisteminin funksional vəziyyəti idmançının hərəkət vərdişlərinin mənimsənilməsinə, hərəkətlərinin koordinasiyasının mükəmməlləşməsinə, məşqlilik vəziyyətinin yüksəlməsinə və idman formasının uzun müddət saxlanılmasına kömək edir.

Sinir sistemində və sinir-əzələ aparatında yaranan patoloji hallar idmançının yorğunluğunu, onun həddən artıq məşqliliyini göstərir və bir çox hallarda idmançının iş qabiliyyətini kəskin azaldır.

İdman məşğələlərinin metodikası düzgün olmadıqda və rejimə riayət edilmədikdə sinir sisteminin fəaliyyəti zəifləyir. İdmançıda əsəbilik baş verir və təkmilləşmiş fəaliyyət pozulur. Odur ki, sinir sistemi barəsində məşqçinin müəyyən məlumata malik olması çox vacibdir.

Üzv və sistemlərin normal fəaliyyətində vegetativ sinir sisteminin böyük əhəmiyyəti vardır.

Simpatik sinir sistemi fəaliyyətinin təsiri ilə üzv və sistemlərin iş qabiliyyəti yüksəlir.

Start qabağı idmançıların qan dövranı, tənəffüsü və s. prosesləri qüvvətlənir. Həzm, ifrazat və s. isə ləngiyir. Bu simpatik sinirlərin fəallaşması ilə əlaqədardır. Bərpa dövründə isə parasimpatik sistem üstünlük göstərir. Həzm üzvlərinin fəaliyyəti qüvvüətlənir, qan dövranı, tənəffüs və s. ləngiyir. Bu da sərf edilmiş enerjinin bərpa olunmasına kömək edir və beləliklə də, insanı yeni gərgin işin yerinə yetirilməsinə hazırlayır.

Hərəkət vərdişlərinin mənimsənilməsi və təkmilləşməsi də sinir sisteminin fəal iştirakı ilə gedir.

İdman məşğələləri metodikası düzgün olmadıqda və rejimə riayət edilmədikdə sinir sisteminin fəaliyyəti zəifləyir. İdmançıda əsəbilik baş verir və təkmilləşmiş fəaliyyət pozulur. Məşqçinin sinir sisteminin bu pozğunluqları barədə müəyyən məlumatı olmalıdır.

İdmançının şəxsiyyətini öyrənmək üçün, onun sinir sistemi haqqında məşqçidə aydın təsəvvür olmalıdır.

Qüvvətli və müvazinətli tipli sinir sisteminə malik idmançılar (xolerik, sangvinik, fleqmatik) uzun müddət inamla məşq edə bilir və bütün çətinlikləri dəf edirlər. Onlar yarışlar zamanı az həyəcanlanır, özlərini sakit aparır, uzun müddət iş qabiliyyətini və idman formasını saxlayırlar.

Qüvvətli, müvazinətli sinir fəaliyyətinə malik idmançılarda həddindən artıq yorulma, məşqetmə və travmalar nadir hallarda baş verir; belə hallarda onlar bunu yüngül keçirirlər.

V.N.Kovalenkonun müşahidəsinə görə həssas, oyanma qabiliyyəti yüksək ali sinir fəaliyyəti tiplərinə sürət mümaricələri ilə məşğul olanlar arasında daha çox vaxt rast gəlmək olur. Bunlarda sinir prosesləri qüvvətli, müvazinətli və mütəhərrik olduğu üçün yüksək nəticələr əldə edilir.

Qüvvətli, müvazinətli, lakin sinir sistemi proseslərinin az hərəkiliyi olan sakit tipə dözümlülük mümarisləri ilə məşğul olan idmançılarda rast gəlmək olur. Sakit tip daima inadlı, düzgün və mübariz olduğu üçün həyatda ən dəyərli tip sayılır.

Məşqlərin təşkilində və keçirilməsində şəxsin sinir sisteminin tipi hökmən nəzərə alınmalıdır.

Fiziki tərbiyədə sinir sistemi tipləri nəzərə alınmadıqda, yüksək texniki idman nailiyyətləri əldə edən idmançılar tərbiyə etmək olmaz..

Hövsələsiz tiplər məşqlərdə yüksək nəticələr göstərdikləri halda, yarışlarda zəif çıxış edirlər. Buna səbəb idmançının həddindən artıq çıxış vaxtını uzatması, fiziki və emosional gərginliyin baş verməsidir.

Tibbi müayinə zamanı yuxu, onun möhkəmliyi, müddəti və röyalar barədə məlumat toplanılmalıdır.

Sağlam adamların yuxusu möhkəm, qıvraqlıq verən və ümumi tonusu qaldıran olmalıdır. Tez yuxuya getmək, möhkəm və röyasız yuxu sinir sisteminin yaxşı halda olduğunu göstərir.

Yuxu pozğunluğu ən çox yorğunluğun və həddən artıq məşq etmə və əsəbiləşmə əlamətidir. Yuxusuzluq, yuxudan tez-tez ayılma və müntəzəm olaraq kifayət qədər yatmamaq ağır hal hesab edilir.

Yuxunun yarışlar qabağı və yarışlar zamanı yaxşı olmasına ciddi fikir verilməlidir. Yuxunun yarışlar qabağı pozğunluğu sinir sisteminin oyanıqlığının artmasını və start qabağı vəziyyətin tez başlanmasını bildirir.

Bədən tərbiyəsi müəllimi və məşqçi sorğu-sualla ağrıların hansı üzv və hissələrdə, hansı vaxtlarda baş verməsini və onun müddətini aşkar etməlidir.

Baş ağrısının səbəblərini mütləq aşkar etmək lazımdır. Məşğələlərdən əvvəl əmələ gələn baş ağrısına və ürək nahiyəsindəki ağrılara səbəb idmançılar tərəfindən rejimin pozulmasıdır. Bu vəziyyət yüksək sinir oyanıqlığı və nevrozu olan idmançılarda da müşahidə edilə bilər.

Qan azlığı, həddən artıq yorğunluq, gərginlik və xəstəlik məşqlər zamanı və məşqlərdən sonra baş ağrısına səbəb ola bilir. Arterial qan təzyiqi yüksəldikdə baş ağrısı səhərlər, başın arxa hissəsində və gicgah nahiyəsində müşahidə olunur. Həddindən artıq gərginlik bəzən baş gicəllənməsi verə bilər. Bu cür vəziyyət beyin silkələnməsində də müşahidə olunur.

İdmançıda baş gicəllənmə çox ciddi bir şikayət hesab edilir. Buna səbəb mərkəzi sinir sisteminin bir üzvünün zədələnməsi, orta və daxili qulaq labirintlərinin və vestibulyar aparatın xəstəlikləridir. Bu vəziyyət yüksək sinir oyanıqlığı və nevrozu olan idmançılarda da müşahidə edilə bilər.

Bəzi hallarda yüksək idman gərginliklərindən sonra (finişdə, asılma və fırlanma zamanı, tirdə müvazinət, əllər üstə durmaq hərəkətləri və s.) lazımi dərəcədə fiziki hazırlığı olmayan və idman rejimini pozan idmançılarda baş gigəllənmə hallarına rast gəlinir.

İdmançıda baş gicəllənmə zamanı sifətin rəngi qaçır, onu soyuq tər basır,nəbzi zəifləyir, tənəffüsün sayı azalır, bəzi hallarda isə ürək keçməsi meydana çıxır.

İdmançıda baş gicəllənmə halları varsa məşq zamanı müəllim, məşqçi və həkim məşğələ və yarışlarda mühafizə üsullarına çox fikir verməlidir.

Şiddətli ağrılarla müşayiət olunan qıc olmalar baldır, qarın, ayaq əzələlərində daha çox baş verir.

Qıc olmanın əmələ gəlməsinə səbəb əzələlərdə süd turşusunun həddən artıq yığılması və oksigen çatışmamazlığıdır.

Qıc olmanı dayandırmaq üçün əzələləri boşaltmaq, yüngül massaj, istilik proseduraları tətbiq edilməli və antoqonist əzələlər gücləndirilməlidir.

İdman məşqlərinin metod və vasitələri insanın sinir sisteminin tipindən asılı olaraq təyin edilməli və keçirilməlidir.

İdmançının sinir sisteminin funksional vəziyyəti müayinə edildikdə anamnezin (sorğu-sual) toplanması mühüm rol oynayır.

Sorğu-sualın düzgün planla aparılması nevroloji anamnezin toplanmasına və şikayətlərin aşkar edilməsinə imkan verir. Nevroloji anamnezə idmançının əvvəllər keçirmiş sinir sisteminin xəstəlikləri, kəllə və onurğa sütununun zədələnmələri, onların müalicə aparılma müddəti, məşq və yarışlardan azad edilməsi haqqında məlumat aiddir. Xüsusi nevroloji anamnez ümumi və idman anamnezi ilə əlaqədar olaraq idmançının əhval ruhiyyəsinin, yuxunun xarakterinin, iştahanın, kefinin, iş qabiliyyətinin dəyişməsi ilə hərəkət-hissi və cinsi fəaliyyətdə baş verən pozğunluqlarla xarakterizə edilir.

İdmançının şikayətlərindən baş ağrıları, baş gicəllənməsi və s. böyük yer tutur. Əgər idmançı baş ağrısından və ya baş gicəllənməsindən şikayətlənirsə, həkim ağrının xarakterini, meydana çıxma səbəbini araşdırmalıdır.

Sorğu toplanarkən eşitmə və görmə qabiliyyətlərini də müayinə etmək vacibdir. Görmə qabiliyyətinin azalması görmə sinirinin iltihabını və atrofiyasını, mərkəzi sinir sisteminin xəstəliyini sübut edir. Görmə qabiliyyəti kəksin formada pozulmuş şəxslər idmanla məşğul olarsa görmə qabiliyyəti daha da aşağı düşə bilər.

Orta qulaqda xroniki irinli iltihabın olması mütləq aydınlaşdırılmalıdır, çünki idmanla məşğul olarkən idmançılarda xəstəliyin ağırlaşması baş verə bilir. Qulaqda irinli iltihab prosesi keçirmiş şəxslərdə mütləq labirintlər diqqətlə müayinə olunmalıdır. Labirintin fəaliyyəti pozulmuş şəxslər bəzi idman növləri ilə (gimnastika, üzgücülük, akrobatika və s.) məşğul ola bilməzlər, çünki onlarda fəza hissiyatı pozulmuş olur.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin