İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə24/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Obyektiv müayinələr. Sorğu müayinə üsulundan sonra obyektiv müayinələr aparılmalıdır. Bu üsulla müayinələrin yerinə yetirilməsi idmançının sinir sisteminin funksional qabiliyyətini daha da dəqiq qiymətləndirilməyə imkan verir.

Obyektiv müayinə üsullarına mərkəzi sinir sisteminin koordinasiya funksiyasının, analizatorların, vegetativ sinir sisteminin, həmçinin əzələ sinir sisteminin vəziyyətinin öyrənilməsi daxilidr.

Məlumdur ki, əzələlərin fəaliyyətini koordinasiya etmək üçün hərəkət aparatının müxtəlif nahiyələrində yerləşmiş proprioreseptorlardan, vestibulyar aparatdan, görmə analizatorundan mərkəzi sinir sisteminə müntəzəm surətdə impulslar daxil olur. Həmin analizatorlar lazımı həcmdə impuls göndərmədikdə əzələlərin koordinasiyasının pozulmasına səbəb olur. Koordinasiyasının pozulması ataksiya adlanır. Onun statik və dinamik formaları vardır.

Statik koordinasiya Romberq sınağı vasitəsilə müayinə edilir. Onun ağırlığına görı 3 - yüngül, orta və ağır növü vardır.

Yüngül tipli sınaq zamanı müayinə edilən şəxs ayaqüstü vəziyyətdə - pəncə və dabanları daxili tərəfdən bir-birinə yanaşı əllər çiyin qurşağı səviyyəsində irəli uzadılmış, barmaqlar bir-birindən aralı, göz qapaqları yumulu olur. Sinir sistemi möhkəm olan şəxslər 15 san. müddətində səndələmədən, barmaqları və göz qapaqları əsmədən dayanmalıdırlar. Belə vəziyyət yaxşı statik sabitlik kimi qiymətləndirilir.

Əlamət kafi qiymətləndirildikdə insan azca tərpənir, qeyri-kafi halda isə vertikal vəziyyətdə çətinliklə durur və yıxılır.

Orta tipli Romberq sınağında idmançı bir ayağı üstə dayanır, digər ayağın daban hissəsi isə dayaq ayağın diz nahiyəsinə söykənir, qollar irəli uzadılır, barmaqlar aralanır, gözlər yumulur. Statik koordinasiya yaxşı olduqda idmançı 15 san. müddətində ayaq üstə möhkəm dayanır, barmaqları və göz qapaqları isə titrəmir. Ayaq üstə 15 saniyədən az müddətdə dayanarsa, göz qapaqları və barmaqlar titrəyirsə, statik koordinasiya qabiliyyəti qeyri-kafi qiymətləndirilir.

Ağır Romberq sınağı isə aşağıdakı kimi yerinə yetirilir. İdmançı gözlərini yumaraq «qaranquş» vəziyyətini alır.

Sinir sistemi zəiflədikdə, gərgin fiziki işdən sonra insan yerində möhkəm dayana bilmir, bəzi hallarda yıxılır, əlləri, göz qapaqları əsir. Buna səbəb müxtəlif əzələ qrupları arasında koordinasiyanın pozulmasıdır. Belə idmançılar uzun müddət istirahət etməlidirlər.

Dinamik koordinasiya qabiliyyətini təyin etmək üçün barmaq-burun sınağından istifadə edilir. Bunun üçün müayinə edilən şəxs gözləri bağlı vəziyyətdə şıhadət barmağı ilə burnunun ucuna toxunmalıdır. Sınaq yerinə yetirildikdə barmaq yan keçərsə və ya əl əsərsə dinamik koordinasiyanın pozulmuş olduğu nəticəsinə gəlmək olur. Belə pozulma kəllə-beyin zədələnmələrinə məruz qalmış şəxslərdə müşahidə olunur.

Kəllə-beyin sinirlərinin funksional vəziyyətinin qiymətləndirilməsi məqsədilə bir sıra kəllə-beyin sinirləri müayinə edilir.

Gözü hərəkət edən sinirin funksiyasını öyrənmək üçün şəxsə, başını hərəkət etdirəndən yuxarı, aşağı, sağa, sola və müayinə aparan şəxsin tədricən yaxınlaşdırılan barmağına baxmaq təklif edilir. Bu vaxt göz almalarının şaquli və horizontal istiqamətlərdə müştərək hərəkəti pozulursa, gözün hərəkətedici sinirinin zədələnməsi sübut edilir.

Kəllə-beyin sinirlərinin müayinəsi kəllənin zədələnməsi ehtimalı yüksək olan idman növlərində (məsələn, boksçularda, velosiped sürənlərdə, futbolçularda, motosürücülərdə) xüsusilə vacibdir.

Hərəkət analizatorunun müayinəsinin aparılması çox önəmlidir. Bu analizator ətrafların və bütövlükdə bədənin fəzada yer dəyişməsi haqqında məlumat toplamaq imkanı verir. Müayinə məqsədilə yerinə yetirilməsi təklif olunan hərəkətlərin dəqiqliyi öyrənilir, məsələn, dirsək və diz oynaqlarında bükülmə bucağı, dinamometrə gözü bağlı şəkildə göstərilən təzyiqin qiymətləndirilməsi öyrənilir. Axırıncı sınaqda dinamometrin göstəricisinin yerinə yetirilməsi təklif olunan yükdən 10-20% fərqlənə bilər.

Vestibulyar analizator başın və bədənin fəzada vəziyyətini öyrənməyə imkan verir. Vestibulyar analizatorun müayinəsi üçün çox sadə Yarotski sınağından istifadə edilir. Sınaq zamanı idmançı gözlərini bağlayaraq başını saniyədə 2 dəfə sürətilə bir istiqamətdə hərləndirir. İdmanla məşğul olmayan şəxs 28 san. müddətində tarazılığı saxlayaraq başını hərləndirir. İdmançılar isə bu sınağı 90 saniyəyə qədər davam etdirir.

Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şəxslərdə, xüsusilə gimnastlarda, akrobatlarda, suya tullananlarda, slalomçularda, figuristlərdə vestibulyar analizatorun fəaliyyəti mükəmməlləşir. Onun pozulması özünün bədənin və başın fırlanması ilə əlaqədar baş gicəllənmədə, ürək bulanmada, qusma və tüpürcək ifrazının artmasında göstərir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin