V FƏSİL
İDMANÇININ XARİCİ TƏNƏFFÜS SİSTEMİNİN
FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ
İdman fəaliyyəti şəraitində tənəffüs-qan dövranı qan sistemi ilə birlikdə toxuma və üzvləri oksigenlə təmin edir. Tənəffüs sistemi orqanizmin oksigenlə təmin edilməsində mühüm rol oynayır. Odur ki, tənəffüsün vəziyyətindən və funksional imkanlarından asılı olaraq orqanizmin fiziki yükə uyğunlaşması müşahidə edilir.
Xarici və daxili tənəffüs ayırd edilir. Xarici tənəffüs xarici mühitlə ağciyər kapilyarlarının qanı arasında qaz mübadiləsidir.
Xarici tənəffüs sisteminə xarici tənəffüs yolları, bronxlar, ağciyərlər, döş qəfəsi və tənəffüs əzələləri (qabırğaarası əzələlər, diafraqma) aiddir.
Xarici tənəffüs sisteminin funksional vəziyyəti həm ümumi kliniki müayinələr, həm də müxtəlif cihazların köməyilə qiymətləndirilir.
Klinik müayinələr anamnezlə başlanır. Adi sağlam şəxslərdə nəfəs alma gücünün nəfəs vermə gücünə nisbəti birə bərabərdir. Həkim adi klinik müayinə vasitəsilə ağciyərlərdə patoloji prosesin olmasını aydınlaşdıra bilir. İdmançılarda nəfəsalma gücü üstünlük təşkil edir və 1,2-1,4-ə çatır. İdmançılarda nəfəsalma gücünün artması, əsasən, nəfəs vermənin ehtiyat həcmi hesabına baş verir.
Dostları ilə paylaş: |