Cədvəl 4. Müxtəlif idman növlərində idmançıların ürəyinin həcmi
(J.A.Borisovaya görə)
İdman növləri
|
Ürəyin
həcmi sm3
|
Ürəyin nisbi həcmi
|
Şərti vahid
|
Sm3/kq
|
Xizək
|
1073
|
97
|
15,5
|
Velosiped idmanı
|
1030
|
83
|
14,2
|
Qaçış (böyük məsafə)
|
1020
|
83
|
15,2
|
Qaçış (orta məsafə)
|
1020
|
82
|
14,9
|
İdman yerişi
|
970
|
82
|
14,5
|
Üzgüçülük
|
1065
|
82
|
13,9
|
Su polosu
|
1139
|
81
|
13,4
|
Basketbol
|
1125
|
75
|
12,9
|
Beş növçülük
|
955
|
73
|
13,5
|
Boks
|
913
|
72
|
13,7
|
Güləş
|
953
|
69
|
12,8
|
Tennis
|
980
|
69
|
12,8
|
Qaçış (qısa məsafə)
|
870
|
62
|
12,5
|
Gimnastika
|
790
|
56
|
12,2
|
Ağırlıqqaldırma
|
825
|
54
|
10,8
|
Suya tullanma
|
770
|
51
|
11,3
|
Məşğul olmayan kişilər
|
760
|
50
|
11,2
|
Bu və ya digər idmançıda ürəyin həcmini oksigenin maksimal sərfi ilə müqayisə etmək vacibdir. Əgər məşq prosesində ürəyin həcminin böyüməsi oksigenin maksimal sərfinin artması ilə müşayiət edilirsə dilyatasiya fizioloji uyğunlaşma xarakteri daşıyır.
Ürəyin fərdi həcmini idmançının antropometrik xüsusiyyətlərinə uyğunluğnunu qiymətləndirmək üçün onun nisbi həcmini hesablamaq lazımdır. Bu məqsədlə ürəyin həcmi idmançının kq-la çəkisinə bölünür. (kişilərdə – 11,2 sm3/kq, qadınlarda – 9,8 sm3/kq).
İdmançılarda fizioloji dilyatasiya dəyişkən xarakter daşıyır. Məlumdur ki, hazırlıq dövründə onun həcmi məşqlilik səviyyəsinin artması ilə əlaqədar 15-20% artır.
Son illər idman təbabətində exokardioqrammada ürəyin sistolası və distolası zamanı sol mədəciyin diametrini, onun arxa divarının və mədəcikarası pərdənin qalınlığını təyin etmək olur. Xüsusi düsturla mədəciyin diastolik və sistolik həcmini, miokardın kütləsini və s. xüsusiyyətlərini də hesablamaq mumkundur. Fiziki yük zamanı toxumaların qana olan tələbatını ödəmək üçün ürək qısa müddətdə damarlara 2-3 dəfə çox qan vurmalıdır. Odur ki, iş müddətində ürəyin əzələsində gedən morfoloji dəyişikliklər onun kütləsinin artmasına, yəni hipertrofiyasına səbəb olur. Bu cür hipertrofiya ürəyə düşən yük azaldıqda geri inkişaf edə bilir.
Ürək əzələsinin hipertrofiyasının da müəyyən fizioloji hüdudu vardır. Hipertrofiyanın daha çox inkişafı ürəyin əzələ qişasının qanla təchizatını çətinləşdirir və oksigen çatmamazlığına gətirib çıxarır, birləşdirici toxumanın inkişafına zəmin yaradaraq kardioskleroza səbəb olur.
Ürəyin sakitlik və fiziki iş zamanı qənaətlə işləməsi və gərgin iş zamanı onun yüksək iş qabiliyyəti idmançı ürəyinin digər funksiyalarına da aiddir (avtomatizminə, oyanmasına, qıcığı keçirmə qabiliyyətinə və təqəllüs etməsinə).
Məşq etmiş idmançılarda ürəyin sistolik həcmi (100-140 ml) dəqiqəlik həcmi (3-10 l/dəq) qədər artır. Müntəzəm məşq edən idmançılarda sinus bradikardiyası (30 vurğu/dəq) müşahidə olunur. Bu cür xüsusiyyətlərə malik ürək qənaətlə işləyir və sistola zamanı onun arteriyalara vurduğu qanın həcmi daha böyük olur.
İdmançılarda bradikardiya sinus mənşəlidir. Sinus aritmiyası müntəzəm məşq edən bütün idmançılar üçün xarakterik haldır (yuxudan oyandıqda, uzanmış vəziyyətdə, acqarına). Burada idmanın növü böyük rol oynamır.
İdmançıların çoxunda iş zamanı və işin axırında bradikardiya müşahidə olunur. Nəfəs alma aktında ürəyin ritmi qısalır, vurğularının sayı isə çoxalır. Nəfəs vermə aktında isə ürək vurğularının sayı artır. Bu vəziyyət sinus aritmiyası adlanır. Belə vəziyyət tənəffüs prosesində azan sinirin mərkəzi tonusunun dəyişməsi ilə izah edilir.
Bəzi idmançılarda ürəyin əzələ təbəqəsinin oyanacıqlığı artır. Bu da növbədən kənar sistolanın, yəni ekstrasistolanın əmələ gəlməsinə səbəb olur.
İdmançılarda ürək fəaliyyətinin pozulması haqqında daha çox və mühüm məlumat almaq üçün fonokardioqrafiya müayinə üsulundan geniş istifadə edilir. Müayinə zamanı əldə edilən səslərin yazılması, yəni fonokardioqramma nəticəsində ürəyin tonları, küylər qeyd edilir. Yaxşı məşq etmiş idmançılarda iri damarlarda küylər (funksional sistolik küy) meydana çıxır. Hal-hazırda sistolik küy mitral qapağın sallanması ilə izah edilir. Belə halda qapaqların tayları tam bağlanmadığı üçün sistola zamanı qanın bir hissəsi təzədən qulaqcığa qayıdır ki, bu da sistolik kyü ilə müşayiət edilir.
Qapaqların natamam bağlanması zamanı çox vaxt ritmin pozulması müşahidə olunur. Bəzi hallarda sistolik küy ürək qüsurunun əlaməti kimi meydana çıxır. Bu halda idman məşqləri bir qayda olaraq dayandırılmalıdır..
Dostları ilə paylaş: |