İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə10/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

2. Kimyəvi amillər. Kimyəvi maddələr orqanizmin zəhərlənməsinə səbəb ola bilir. Bu maddələr zəhər adlanır. Bəzi zəhərlər orqanizmə xaricdən daxil olur (ekzogen zəhərlər). Digərləri isə orqanizmin daxilində yarana bilir (endogen zəhərlər). Endogen zəhərlənmələr və ya intoksikasiyalar böyrək, qaraciyər, bədxassəli şiş və s. xəstəliklər zamanı inkişaf edir.

Zəhərlər qeyri-üzvi və üzvi mənşəli olurlar. Qeyri-üzvi zəhərlərə turşular, qələvilər, qurğuşun, civə, mərgümüş xlor, qələvilər, yod birləşmələri, üzvi maddələrə isə efir, alkohol, sianidlər və s. aiddir. Üzvi zəhərlər bitki mənşəli (məsələn, alkoloidlər, qlukozidlər və s.) və heyvan mənşəli (ilan və bəzi balıqların zəhərləri) ola bilir.

Kimyəvi zəhərlərə həmçinin zəhərləyici maddələr aiddir (iprit, fosgen, zarin və s.)

Zəhərlər seçici və spesifik xarakterə malikdir. Zəhərlər hüceyrənin plazmasına (xlor), qana (dəm qazı), qaraciyər hüceyrələrinə (floridzin), sinir hüceyrələrinə (strixnin, mərgumuş) təsir edə bilir. Onların hər biri mərkəzi sinir sisteminə təsir etməklə orqanizmə ümumi təsir göstərir. Zəhərin təsiri onun miqdarından, orqanizmin mayelərində həll olma qabiliyyətindən, ona daxil edilmə yolundan və orqanizmin müqavimətliyindən asılıdır. Zəhərlərin kiçik dozaları isə müalicəvi təsir göstərə bilir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin