İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə12/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

İctimai amillər. Xəstəliklərin meydana çıxmasında, yayılmasında ictimai şərait, yəni insanın yaşadığı ictimai mühitin amillərinin böyük əhəmiyyəti vardır. İşsizlik, ağır əmək və məişət şəaiti, rəzil sanitar mədəniyyəti əsas ictimai amillərdən hesab edilir.

Bəzi xəstəliklər ictimai xarakter daşıyır. Məsələn, raxit və vərəm, cinsi xəstəliklər, narkomaniya, sinir sisteminin xəstəliklər, ruhi xəstəliklər və s.



Alimentar səbəblər (yunansa «alimentos»–qida məhsulları mənasındadır). Qidalanmanın pozulması xəstəliklərin meydana çıxmasında böyük rol oynayır. Qida məhsullarının çatmamazlığı və artıq miqdarda qəbulu, qida rasionunda zülalların, yağların və sulu karbohidratların münasibətinin pozulması, vitaminlərin, mineral maddələrin çatmamazlığı və ya çox olması, qida rejiminin pozulması və digər səbəblər xəstəliklərin meydana çıxmasına səbəb olur. Məsələn, həddən artıq miqdarda qida qəbulu piylənməyə və ateroskleroza, şəkərli diabet xəstəliyinin inkişafına səbəb ola bilir, qida rejiminin pozulması (məsələn, kobud, çətin həzm olunan qida, gərgin məşqdən əvvəl və sonra qida qəbulu və s.) mədə və bağırsaqların xəstəliynə, müxtəlif vitaminlərin çatmamazlığı hipovitaminoza və avitaminoza (çınqa, pellaqra, nevritlər və s.) gətirib çıxara bilir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin