İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə11/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Bioloji amillər. Orqanizmə daxil olaraq xəstəlik törədə bilən canlı törədicilər bioloji amillər hesab edilir. Onlara heyvani və bitki parazitləri, viruslar, göbələklər aiddir.

Heyvani parazitlərə qurdlar, gənələr, ibtidai təkhüceyrəli orqanizmlər (məsələn, malyariya plazmodiyaları, spiroxetlər) daxildir. Müxtəlif növ qurdlar (askaridlər, tükbaş qurdlar, trixinlər, enli lentvari qurd və s.) qurd xəstəlikləri və ya gelmintozlar törədir. Xəstəliklər zamanı onların həyat fəaliyyəti nəticəsində orqanizmdə intoksikasiyanın əlamətləri, yəni arıqlama, qan azlığı, fiziki iş görmə qabiliyyətinin azalması, bəzən ölüm (xüsusilə uşaqlarda) müşahidə olunur.

Bitki mənşəli parazitlər iki qrupa bölünür: göbələklər və bakteriyalar. Onlar patogen, yəni xəstəlik əmələ gətirmə qabiliyyətinə malik olurlar. Digərləri isə qeyri-patogen, yeni zərər verməyən xassəyə malik olurlar.

Patogen göbələklər dəri və dırnaqları zədələyir (dəmrov, epidermofitiya), daxili üzvlərdə xəstəlik əmələ gətirir (aktinomikoz). Epidermofitiya çox vaxt idmançılarda müşahidə olunur.

Patogen bakteriyalar (mikroblar) tək hüceyrəli orqanizmlər olub orqanizmdə sürətlə çoxalaraq toksiki maddələr ifraz edir və insanda müxtəlif xəstəliklər törədir (qarın yatalağı, vərəm, difteriya və s.).

Xəstəlik törədən mikroblar orqanizmə su, qida, hava və bilavasitə, təmas yolu ilə daxil olur. Onlar orqanizmə həmçinin gənələr, ağcaqanad, birələr və s. vasitəsilə düşür.

Viruslar çox xırda ölçülü canlılar olub orqanizmə müxtəlif yollarla daxil olur. İnsanda qızılca, qrip, çiçək və s. xəstəlik törədir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin