İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə19/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

İnfarkt – hər hansı bir üzvün toxumalarını təmin edən arteriyaların tamamilə tutulması nəticəsində onların məhv olmasıdır.

İnfarkt çox vaxt ürəkdə, beyində, ağciyərdə, dalaqda baş verir. Damarın ölçüsündən asılı olaraq ölmüş toxumaların sahəsi mikroskopik və ya üzvün böyük bir nahiyyəsini əhatə edə bilər. İnfarktın nəticəsi patoloji prosesin həcmindən və zədələnmiş nahiyədən asılıdır.



Tromboz – qan damarlarının daxili səthində trombun əmələ gəlməsidir. Tromb qanın plazmasından və formalı elementlərindən ibarət olub damarları ya daraldır, ya da tamamilə tutur. Tromblar vena damarlarında qan cərəyanı zəif olduğu ücün daha tez-tez əmələ gəlir.

Tromboz prosesi trombun birləşdirici toxumasının əhatə edilməsi ilə nəticələnə bilər.


Tromb zamanı hərəkət fəallığı məhdudlaşdırılmalıdır, çünki hərəkətlər trombun qopması və emboliya ilə nəticələnə bilir.

Emboliya – arteriya qan damarlarının hər hansı bir cisim ilə tutulmasıdır. Bu cisim embol adlanır.

Emboliya zamanı qan damarı çox vaxt qopmuş tromb və ya onun parçalanmış hissəcikləri tutulur. Digər hallarda emboliya toxuma hissəciklərinin, bakteriyaların, piyin, havanın, qazın arteriyalara daxil olması nəticəsində baş verir.

Piy emboliyası uzun borulu sümüklərin sınığı zamanı sümük iliyinin piy toxumasının vena qan dövranına daxil olması nəticəsində meydana gəlir..

Hava emboliyası boyun və ya körpücüküstü venaların zədələnməsi zamanı onlarda mənfi təzyiqin əmələ gəlməsi ilə əlaqədar havanın venalara daxil olması ilə bağlıdır.

Qaz emboliyası atmosfer təzyiqinin kəskin enməsi ilə əlaqədardır (məsələn, dalğıclar və ya akvalanqistlər dərinlikdən sürətlə su səthinə və ya kessondan təcili olaraq yer səthinə çıxdıqda). Bu zaman qanın plazmasında həll olmuş azot qazı qabarcıq halında xaric olur və arteriyanı tutur.

Qanaxma – qanın damarlardan ətraf toxumalara çıxmasına deyilir. Xarici qanaxma zamanı qan orqanizmdən kənara tökülür, daxili qanaxma zamanı isə toxuma daxilinə və ya bədən boşluqlarına axır.

Xaric olan qan toxuma arasına tökülərək boşluqlar yaradarsa, bu hematoma adlanır.

Zədələnmiş qan damarlarının xarakterindən asılı olaraq arterial, venoz, kapilyar və parenximatoz qanaxmalar fərqləndirilir. Parenximatoz qanaxma parenximalı üzvlərin zədələnməsi ilə bağlıdır (məsələn, qaraciyər, böyrək, dalaq). Bu zaman həm arteriyal, həm də venoz qan damarlarının tamlığı pozulmuş olur.

Aortadan və iri damarlardan qanaxma daha təhlükəli hesab edilir. İnsan qanın 30%-ni itirərsə, (1,5 litrə yaxın) arterial qan təzyiqi kəskin aşağı enir, qan dövranının fəaliyyəti pozulur və ölüm baş verir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin