İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə16/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

2.4. Patogenez
Patogenez («pato» yunan sözü olub «əzab», «genezis» - əmələ gəlmə deməkdir) xəstəliklərin meydana çıxması və gedişi haqqında elmdir.

Patoloji proseslərin mexanizmində etioloji amillər böyük yer tutur.

Xəstəliklərin meydana çıxmasında patoloji amilin orqanizmə daxil olması böyük əhəmiyyətə malikdir. Məsələn, vərəmin ağciyər və bağırsaq formaları məlumdur. Ağciyər formasında vərəm mikrobları orqanizmə tənəffüs yolu ilə, bağırsaq formasında isə qida vasitəsilə daxil olur.

Etioloji amil orqanizmə müxtəlif cür təsir göstərə bilir.

Bir sıra hallarda etioloji amil sinir sisteminin və endokrin vəzilərin fəaliyyətini pozaraq müxtəlif patoloji vəziyyətlər yaradır.

Patoloji amilin təsiri onun orqanizmdə yayılma yolundan çox asılıdır. Onun orqanizmdə 3 yayılma yolu məlumdur: toxuma, humoral və sinir.

Xəstəlik törədicisi patoloji amil daxil olan yerdən toxumaya, hüceyrədaxili yollarla bir hüceyrədən digərinə keçməsi ilə yayılır.

Zədələnmiş toxumalarda patogen mikroblar toxumaların parçalanma məhsulları və toksiki maddələr limfa və ya qanla bütün orqanizmə yayıla bilir.

Bəzi xəstəlik törədən amillər sinir, siniri əhatə edən qişa və beyin toxuması ilə yayıla bilir (məsələn, quduzluq, tetanus toksini).

Müəyyən bir xəstəlikdən sonra insan sağalır. Sağalma tam və natamam şəkildə baş verə bilər. Tam sağalma zamanı xəstəlikdən sonra orqanizmin bütün sistemlərinin quruluşu və funksiyası tamamilə bərpa olunur. Natamam sağalmada isə orqanizmin normal fəaliyyəti ancaq müəyyən şəraitdə mümkün olur (sakitlik, pəhriz, xarici mühitin sabitliyi və s.).



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin