Hərəkət fəallığının çatmamazlığı-hipodinamiya
(hipokineziya)
İstehsalatın mexanikləşdirilmə və avtomatlaşdırılması, nəqliyyat vasitələrinin geniş yayılması və s. müasir cəmiyyətdə insanların əksəriyyətinin fiziki aktivliyinin azalmasına səbəb olur. Fiziki aktivliyin azalması sağlamlığa, ilk növbədə ürək fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Hipodinamiya bütün orqanizmi zəiflədir, müxtəlif üzv və sistemlərin xəstəliklərini törədir.
Həddən artıq hərəkətlilik-hiperdinamiya
(hiperkineziya)
Həddən artıq hərəkət aktivliyi və ya həddən artıq fiziki yük dedikdə konkret insanın imkanlarından artıq fiziki yükün yerinə yetirilməsi başa düşülür.
Həddən artıq fiziki yük müxtəlif sistemlərdə - xüsusilə, ürək qan-damar, həzm, sinir, ifrazat sistemlərində və istinad hərəkət aparatında patoloji dəyişkənlik törədə bilər. İdmançılarda çox vaxt kəskin və xroniki fiziki gərginliyə rast gəlmək olur.
Həddən artıq fiziki gərginlik oraqnizmin müqavimətlik qabiliyyətini azaldır və xarici mühitin mənfi amillərinin təsirinə məruz qalır. Həddən artıq fiziki gərginlik orqanizmdə xroniki infeksiya ocağı olduqda və ya onda hər hansı bir xəstəlik müşahidə edildikdə daha güclü təsir göstərir. Belə hallarda üzvlərdə patoloji dəyişkənlik tez meydana çıxır və daha ağır şəkildə özünü biruzə verir.
Dostları ilə paylaş: |