İdman təbabəTİ VƏ GİGİyena


III FƏSİL İDMANÇILARIN FİZİKİ İNKİŞAFIN VƏ BƏDƏN QURULUŞUNUN MÜAYİNƏ ÜSULLARI



Yüklə 1,93 Mb.
səhifə20/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

    Bu səhifədəki naviqasiya:
  • Qenotip
III FƏSİL
İDMANÇILARIN FİZİKİ İNKİŞAFIN VƏ BƏDƏN QURULUŞUNUN MÜAYİNƏ ÜSULLARI
Fiziki inkişafın öyrənilməsi həkim nəzarətinin əsas vəzifələrindən biridir.

Fiziki inkişaf dedikdə orqanizmin iş qabiliyyətini təmin edən funksional-morfoloji xüsusiyyətlərin kompleksi nəzərdə tutulur.

Fərdi fiziki inkişafın öyrənilməsi müxtəlif morfoloji xüsusiyyətlərin (məsələn, boy, bədənin çəkisi, döş qəfəsinin çevrəsi, bədənin xüsusi çəkisi və s.) təyin edilməsi ilə həyata keçirilir.

İnsanın fiziki inkişafının göstəriciləri onun həyatı boyunca sabit qalmır. Bu, xüsusilə insanın qocalıq dövründə daha çox nəzərə çarpır.

Fiziki inkişafın meyarından biri bədən quruluşunun xüsusiyyətidir.

Fiziki inkişaf orqanizmin müxtəlif mərhələlərində onun böyüməsinin və inkişafının xüsusiyyətlərini əks etdirir.



Qenotip – orqanizmin valideynlərdən keçmiş fərdi morfo-funksional xüsusiyyətidir. Xarici mühitin amillərinin təsiri altında qenotip fenotipə keçir.

Fenotip - bütün həyat boyu dəyişərək fiziki inkişafın yaş dinamikasını əks etdirir. Məlumdur ki, genetik proqramın və xarici mühitin amilləri müxtəlif yaş dövrlərində eyni tərzdə təsir göstərmir. İctimai-iqtisadi həyat şəraiti və xarici mühitin digər amilləri böyümə və inkişafın sürətlə davam edən südəmər və yeniyetmə dövrlərində və ya involusiya prosesləri ilə keçən orta və qocalıq dövrlərində daha aydın nəzərə çarpır.

Bədən quruluşu bədənin ayrı-ayrı hissələrinin ölçüləri, formaları və bir-birinə qarşılıqlı yerləşməsi, həmçinin sümük, piy və əzələ toxumasının xüsusiyyətləri ilə əlaqədardır.

İnsanın fiziki inkişafının xüsusiyyətləri onun konstitusiyasından çox asılıdır. Bədənin konstitusiyası orqanizmin irsi və qazanılma əlamətləri əsasında təşkil olunmuş funksional və morfoloji xüsusiyyətdir. Bununla bağlı olaraq orqanizm daxili və xarici qıcıqlandırıcılara qarşı müəyyən reaksiya ilə cavab verir.

Təbabətdə prof. M.V.Çernorutskinin təklif etdiyi konstitusiya tiplərindən daha çox istifadə edilir. O, üç konstitusiya tipini qeyd etmişdir:

1) Normostenik tip, yəni bədənin ölçüləri mütənasib, sümük-əzələ sistemi harmonik inkişaf edir;

2) Astenik tip, yəni insanlar qamətli, əzələ sistemi zəif inkişaf etmiş olur, bədənin uzununa ölçüləri daha böyük, döş qəfəsinin ölçüləri qarının ölçülərinə və ətraflar bədənin uzunluğuna nisbətən üstünlük təşkil edir.

3) Hiperstenik tipə aid olan şəxslərin çəkisi daha artıq, gövdə uzun, ayaqlar qısa, bədənin eninə və qarının ölçüləri döş qəfəsinin ölçülərinə nisbətən üstünlük təşkil edir.

Digər təsnifatı V.V.Bunak təklif etmişdir. Onun təsnifatına görə piy toxumasının və əzələlərin inkişafına, döş qəfəsinin və belin formasına görə üç bədən quruluşu göstərilir: döş, əzələ və qarın.

Uşağın fiziki inkişaf prosesi qeyri-bərabər olur. O, üşağınbir yaşında və cinsi yetkinlik dövründə daha sürətlə gedir. Fiziki inkişafın göstəriciləri oğlanlarda 10 yaşa qədər, qızlarda isə 10-13 yaşa qədər bərabər olur. 14 yaşdan başlayaraq oğlanlarda qızlara nisbətən bədənin ümumi ölçüləri və çəki üstünlük təşkil edir.

Yaşlı şəxslərdə fiziki inkişafın göstəriciləri insanların hərəkət rejimindən, yaşından, qidalanmanın xarakterindən asılıdır.

Son zamanlar genetik xüsusiyyətlər və xarici amillər müasir insanlarda akselrasiyaya səbəb olmuşdur. Son 100-150 ildə əvvəlki illərə nisbətən müxtəlif ölkələrdə boyun artması və inkişafı sürətlənir, cinsi yetişkənliyin tezləşməsi müşahidə olunur. Müxtəlif nəzəriyyələrə görə akselrasiyanın baş verməsində ictimai-iqtisadi şərait və genetik amillər mühüm rol oynayır. İnsanın fiziki inkişafının xüsusiyyətləri hərəkət aktivliyinin rejimindən asılıdır.

Fiziki inkişafın öyrənilməsi 2 üsulla həyata keçirilir: xarici müayinə (somatoskopiya və antropometriya).



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin