İdman təbabəTİ VƏ GİGİyena


AĞCİYƏRLƏRİN HƏYAT TUTUMU (AHT)



Yüklə 1,93 Mb.
səhifə28/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

AĞCİYƏRLƏRİN HƏYAT TUTUMU (AHT)
Ağciyərlərin həyat tutumu maksimal nəfəs aldıqdan sonra maksimal xaric olunan havanın həcmidir. Ağciyərlərin həyat tutumu 3 hissədən ibarətdir: nəfəsvermənin ehtiyat həcmi,tənəffüs həcmi və nəfəsvermənin ehtiyat həcmi. Bu göstərici spirometr ilə (yaş və quru) ölçülür. AHT ölçülərkən müayinə olunan şəxsin vəziyyəti nəzərə alınmalıdır. O ayaqüstü vəziyyətdə daha yüksək olur.

Yaş spirometr içərisi su ilə dolu bir silindirdir. Bunun içərisinə başı aşağı içərisi boş ikinci silindr salınır. Rezin borunun yuxarı ucu suyun səviyyəsindən yuxarı, aşağı ucu müştüklə rezin boru vasitəsilə birləşir. Nəfəs verdikdə müştüklə gedən hava başı aşağı boş silindrə dolur və onu yuxarı qaldırır. Silindrin üzərindəki bölgünün hər bir göstəricisi 200 ml hava həcmini göstərir. AHT təyin edilərkən idmançı əvvəlcə 1-2 dəfə dərindən nəfəs alıb verir. Sonra müştüyü ağıza alıb sakit və dərin nəfəs verilir. Müayinə hər 0,5-1 dəqiqə fasilə ilə bir neçə dəfə aparılır. Ölçü vahidi ml və ya sm3-dir.

Həyat tutumunun göstəriciləri ağciyərlərin ölçüsündən və tənəffüs əzələlərinin gücündən asılıdır.

Ağciyərlərin fərdi həyat göstəriciləri lazımi həyat tutumu ilə müqayisə etməklə qiymətləndirilir. Ağciyərlərin həyat tutumu bir sıra düsturla hesablanır. Bu göstərici müayinə olunan şəxsin antropometrik ölçülərindən və onun yaşından asılı olaraq müxtəlif rəqəmlərlə ifadə olunur.

İdman təbabətində ağciyərlərin həyat tutumu daha çox Bolduin, Kurnan və Riçardsın düsturu ilə təyin edilir. Bu düsturda lazımi həyat tutumu şəxsin boyu, yaşı və cinsi ilə əlaqədardır.

Ağciyərlərin lazımi həyat tutumu (kişilərdə) = (27,63-0,122 x B) x L

Ağciyərlərin lazımi həyat tutumu (qadınlarda) = (21,78-0,101 x B) x L

Burada B-şəxsin yaşı (illərlə), L-boyu (sm).

Normal şəraitdə AHT ağciyərlərin lazımi həyat tutumunun 90%-ni təşkil edir. İdmançılarda bu rəqəm çox vaxt 100%-dən yüksək olur.

Dözümlüyə məşq edən idmançılarda ağciyərlərin həyat tutumu daha yüksək olur (cədvəl 1).




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin