Cədvəl 1.Müxtəlif idman ixtisaslarında xarici tənəffüsün göstəriciləri
(A.V.Çoqovadze)
İdmanın növü
|
AHT lazımi
həyat tutumuna görə
%
|
Sürətlənmiş
AHT-yə %
görə
|
Ağciyərlərin maksimal ventilyasiyası l/dəq
|
Marafon qaçışı
|
124
|
82
|
168
|
Uzun məsafələrə qaçış
|
115
|
84
|
164
|
İdman yerişi
|
119
|
86
|
167
|
Futbol
|
109
|
75
|
108
|
Voleybol
|
100
|
72
|
108
|
Ağciyərlərin həyat tutumunun ölçüləri haqqında məlumat çox vacibdir, çünki son həddə çatdırılmış fiziki yükdən sonra meydana çıxan maksimum tənəffüs həcmi ağciyərlərin həyat tutumunun 50%-ni təşkil edir (üzgüçülərdə və avarçəkənlərdə isə 60-80%). Beləliklə, ağciyərlərin həyat tutumunu bilərək maksimum tənəffüs həcmini hesablamaq mümkündür. Bununla da, idmançı maksimal fiziki yükü yerinə yetirdiyi zaman ağciyərlərin ventilyasiyasının effektivliyi haqqında müəyyən bir fikir söyləmək olar.
Deməli, ağciyərlərin maksimal ventilyasiyası xarici tənəffüs sisteminin funksional imkanının göstəricisi də hesab olunur. Bunu təyin etmək üçün cihazın ucunu ağıza alıb burunu bərk sıxırlar və 15-20 san. qaz sayğacına tez-tez dərindən nəfəs verib-alırlar. Sonra sayğacın göstəricisini müvafiq olaraq 3-ə və ya 4-ə vurub onun 1 dəqiqəlik göstəricisini hesablayırlar.
Ağciyərlərin ventilyasiyası xarici tənəffüs sisteminin əsas göstəricisidir. O, ağciyərlərdən 1 dəq. ərzində xaric edilən havanın həcmi ilə xarakterizə edilir. Məlum olduğu kimi, nəfəs alınan zaman havanın bir hissəsi tənəffüs yollarında (toxumada, bronxlarda) qalır və bu səbəbdən qanla kontaktda olmur və qaz mübadiləsində iştirak etmir. Bu hava anatomik ölü hava həcmi adlanır. Onun həcmi 140-180 ml təşkil edir. Bundan əlavə alveollara daxil olan havanın bir hissəsi bəzi alveollar qan təchizatının kifayət olmadığı səbəbindən qanla qaz mübadiləsində iştirak etmir. Bu hava həcmi alveolların ölü həcmi adlanır. Onun həcmi çox kiçik olur. Anatomik alveolların ölü sahəsi tənəffüs və ya fizioloji ölü sahə adlanır. İdmançılarda onun həcmi adətən 215-225 ml təşkil edir.
Beləliklə, udulan havanın müəyyən hissəsi (sakit vəziyyətdə təgribən 30%) qaz mübadiləsində iştirak etmir və onun ancaq 70% bilavasitə qanla qaz mübadiləsində fəaliyyət göstərir. Fiziki iş zamanı ağciyər ventilyasiyası qanunauyğun olaraq artır və ümumi ağciyər ventilyasiyasının 85%-ni təşkil edir.
Ağciyər ventilyasiyası tənəffüs həcminin 1 dəq. müddətində tənəffüsün sayının hasilinə bərabərdir.
İdmançılarda sakitlik vəziyyətində ağciyərlərin ventilyasiyası ya normal standartlara uyğun gəlir (5-12 l/dəq), ya da bir qədər üstünlük təşkil edir (18 l/dəq və daha çox). Qeyd etmək vacibdir ki, ağciyərlərin ventilyasiyası tənəffüsün dərinləşməsi hesabına artır. Bu səbəbdən tənəffüs əzələlərinin işinə enerji az sərf edilir. Maksimal fiziki iş yerinə yetirildikdə ağciyərlərin ventilyasiyası 69-120 l/dəq qədər yüksəlir.
Tənəffüs həcmi idmançılarda çox vaxt yüksək olur və 1000-1300 ml çatır.
Fiziki iş zamanı tənəffüs həcmi ancaq aşağı gərginlikli iş yerinə yetirildikdə aydın nəzərə çarpır. Həddindən artıq gərginlikdə fiziki iş yerinə yetirildikdə isə onun həcmi stabilləşir və 3-3,5 l/dəq-yə çatır. Ağciyərləri yüksək hava tutumuna malik olan idmançılarda fiziki işin yerinə yetirilməsi asanlıqla təmin edilir. Tənəffüsün sayı sabit olan idmançılarda (məsələn, avarçəkənlərdə) tənəffüs həcmi çox yüksək səviyyəyə qədər yüksəlir, 4,5-5,5 l-ə çatır.
Sakitlik vəziyyətində idmançılarda tənəffüsün sayı dəqiqədə 10-16 dəfə olduğu halda, fiziki iş zamanı gücündən asılı olaraq 1 dəqiqədə 50-70-ə çatır.
Beləliklə, nisbətən yüngül əzələ fəaliyyəti zamanı ağciyərlərin ventilyasiyası həm tənəffüs həcminin artması, həm də tənəffüsün sayının sürətlənməsi hesabına baş verirsə, gərgin fiziki iş zamanı o ancaq tənəffüs aktının sürətlənməsi hesabına meydana çıxır.
Maksimal aerob gücü ağciyərlərdə qaz mübadiləsi və oksigenin daşınmasında iştirak edən bütün sistemlərin xarakterik göstəricisidir. Maksimal aerob gücü vahid zamanda orqanizmin maksimal dərəcədə istifadə edə biləcəyi oksigenin miqdarca ifadəsidir. Maksimal aerob gücü oksigenin maksimal sərfini öyrənməklə müəyyən edilir.
Qan dövranının dəqiqəlik həcmi və arterial-venoz fərqindən də oksigenin maksimal sərfinin göstəricisi kimi istifadə olunur.
V02 max = G x AVD
Burada V02 max – oksigenin maksimal sərfi,
G – qan dövranının dəqiqəlik həcmi,
AVD-arterial-venoz fərqdir.
G artdıqca AVD azalır. G – ürək vurğularının sayı ilə qanın vurğu həcminin, AVD isə arterial qanla venoz qandakı O2-nin fərqindən asılıdır.
İdmançılarda maksimal aerob gücü məşq etməmişlərə nisbətən çoxdur. Məşq etməmiş sağlam kişilərin maksimal oksigen sərfi təqribən 3 l/dəq, qadınlarda 2,0-2,2 l/dəq-yə bərabərdir. Bu göstərici kq çəki hesabı ilə kişilərdə 40-45 ml/dəq/kq, qadınlarda isə 35-40 ml/dəq/kq-a bərabər olur.
İdmançılarda maksimal aerob gücü 2 dəfə çox olur. Ən yüksək maksimal aerob gücü idmanın davamlığı artıran növü ilə məşğul olanlarda görünür (xizək sürənlər, orta və uzaq məsafəyə qaçanlar, velosiped sürənlər və s.) (Cədvəl 2).
Beləliklə, maksimal aerob gücü kardiorespirator sistemi fəaliyyətinin ən xarakterik göstəricisidir.
Dostları ilə paylaş: |