İdman təbabəTİ VƏ GİGİyena


Fəzada bədənin vəziyyətinin dəyişməsi



Yüklə 1,93 Mb.
səhifə37/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Fəzada bədənin vəziyyətinin dəyişməsi. Orto-klinostatik sınaqlarda bədənin vəziyyətinin dəyişilməsi mühüm rol oynayır. Ortostatik təsirin əmələ gətirdiyi reaksiya bədənin fəzada həm aktiv, həm də passiv dəyişməsi şəraitində öyrənilir. Aktiv formalı sınaq zamanı şəxs öz fəaliyyətini sərbəst şəkildə dəyişdirir, yəni horizontal vəziyyətdən vertikal vəziyyətə keçir və ya əksinə. Sınaq çox sadə olub şəxs tərəfindən asanlıqla yerinə yetirilir.

Passiv ortostatik sınaq isə vəziyyəti müxtəlif bucaq altında dəyişdirilə bilən stol üzərində yerinə yetirilir. Sınaq zamanı idmançı heç bir əzələ işi yerinə yetirmir.



Gücvermə sınağında idmançı gücənmə formasında yükdən istifadə edir. Sınaq zamanı idmançı dozalaşdırılmış yük icra edir, yəni o, dərin nəfəs aldıqdan sonra monometrə 40 mm civə sütununa uyğun təzyiqlə üfürür (Flek sınağı). İdmançı üfürən zaman hər 5 saniyədən bir onun nəbzi təyin edilir və üfürmənin ümumi müddəti qeyd edilir. Normal şəraitdə məşq etməmiş sağlam şəxslərdə ilk 15-20 san. müddətində nəbzin sayı artır və sonra stabilləşir. Ürək qan-damar sisteminin vəziyyəti zəif olan şəxslərdə nəbzin sayı sınaq davam etdirilən bütün müddət ərzində artır, sonra isə azalmağa başlayır. Yaxşı məşq etmiş idmançılarda nəbzin sayı hər 5 san-də 1-2 vurğu artır. Bu ondan irəli gəlir ki, idmançılarda məşq prosesində döş qəfəsində təzyiqin yüksəlməsinə davamlılıq artır.

Gücvermə sınağı Bürqer üsulu ilə də aparılır. Sınaq zamanı sakitlik vəziyyətində idmançının arterial qan təzyiqi təyin olunur. Sonra 10, 20 san. müddətində 10 dəfə dərin nəfəs alaraq monometrə 40-60 mm təzyiq yaratmaqla, üfürür. Arterial qan təzyiqi üfürməyə başlayan kimi və üfürmə qurtardıqdan sonra dərhal ölçülür.

Sınaq zamanı 3 tip reaksiya müşahidə edilir. Birinci tip reaksiyada bütün gücənmə müddətində maksimal qan təzyiqi dəyişmir. Yaxşı məşq etmiş idmançılarda hətta yüksəlir və sınaq qurtardıqdan 20-30 san. müddətində əvvəlki vəziyyətə qayıdır. Bu II tip hesab edilir və yaxşı qiymətləndirilir. III tip reaksiyada gücənmə vaxtı qan təzyiqi əhəmiyyətli dərəcədə aşağı enir və reaksiya mənfi hesab olunur.

Gücənmə zamanı qanın dəqiqlik həcmi azaldığı üçün arterial qan təzyiqinin sabit qalması və ya yüksəlməsi damar tonusunun normal olmasını sübut edir. Damar tonusu aşağıdırsa arterial qan təzyiqinin aşağı düşməsi huşun qısa müddətli itməsinə səbəb ola bilər. Belə bir vəziyyət idmançılarda həddən artıq hiperventilyasiya zamanı ştanqı qaldırarkən müşahidə olunur, çünki hipokapniya nəticəsində damarların tonusu azılır, arterial qan təzyiqi aşağı düşür və baş beyinin qanla təchizatı zəifləyir.

Gücənmə sınaqları gücənmə istifadə olunan idman növlərində xüsusi əhəmiyyət daşıyır (məsələn, ağırlıqqaldırmada, nüvə, lövhə və çəkic tullamalarda). Döş qəfəsində və qarın boşluğunda təzyiq güləşmə zamanı və gimnastka hərəkətləri icra edilərkən də yüksələ bilər.

Gücənmə zamanı tənəffüs aktı dayandığı üçün döş qəfəsi və qarın boşluğunda təzyiq yüksəlir. Bunun nəticəsində hemodinamika dəyişir, çünki bu zaman ürəyin sağ şöbələrinə gələn qanın miqdarı azalır.

Bununla bərabər, döş qəfəsində təzyiqin yüksəlməsi hesabına ağciyər kapilyarları daraldığından sağ mədəcikdən sol mədəciyə daxil olan qanın həcmi azalır. Beləliklə, gücənmə nəticəsində ürəyə venoz qanın daxil olması zəifləyir, kiçik qan dövranında qanın hərəkət etməsinə müqavimət çoxalır və nəticədə qanın sistolik həcmi azalır (bəzən 15-20 ml). Buna cavab olaraq ürək vurğularının sayı kompensator şəkildə sürətlənir və qanın dəqiqəlik həcminin azalması çox görünmür. Eyni zamanda, arterial qan təzyiqinin normal vəziyyətdə saxlanması üçün böyük qan dövranında damarlar daralır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin