İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə45/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Kotov-Deşin sınağı. Sınağ zamanı şəxsin oturmuş vəziyyətdə nəbzi, tənəffüsü və qan təzyiqi ölçüldükdən sonra, o, dəqiqədə 180 addım sürətilə yerində 3 dəq (yeniyetmələr, gənclər, və qadınlar 2 dəq.) qaçır. Müayinə edilən şəxs budlarını horizontal şəkildə hündürə qaldırılır, ritmik nəfəs alır və qollarını hərəkət etdirir. Nəfəs almanın ritmi dəyişdikdə, sifətin rəngi qızardıqda və ya solduqda, çox tərlədikdə, koordinasiyası pozulduqda xüsusi jurnalda qeyd edilir, çünki bu dəyişikliklər həddən artıq yorulmanın əlamətləri kimi qiymətləndirilir. Qaçışdan sonra oturmuş vəziyyətdə onun 10 san. ərzində nəbzi sayılır, 30-40 san. ərzində qan təzyiqi ölçülür. Nəbzin sayı və qan təzyiqinin ölçüləri bərpa olunana qədər müayinələr davam etdirilir. Mümkün olduqda, nəbzin sayılması ilə bərabər ilk 15 san. ərzində idmançının həm sakit halda, həm də yükdən sonra tənəffüsünün sayı müəyyən edilir.

Üç dəqiqəlik qaçış sınağı idman bölmələrində məşğul olanlarda, idmançılarda yarış qabağı dövrdə ürək qan-damar sisteminin dözümlülük hərəkətlərinə qarşı meydana çıxan cavabı öyrənməyə imkan verir.

Bu sınaq ürək qan-damar sisteminin verdiyi reaksiyanın xüsusiyyətlərini idmançının hazırlıq dərəcəsindən asılı olaraq digər sınaqlara nisbətən daha aydın göstərir.

Məşq etmiş futbolçularda, üzgüçülərdə, uzaq məsafəyə qaçanlarda əksər hallarda normal müsbət reaksiyalar meydana çıxır. Qaçışdan sonra nəbzin sayı 10 saniyədə 6-10 vurğu artır. Maksimal arterial qan təzyiqi 15-30 mm qalxır, minimal qan təzyiqi isə 5-25 mm azalır, ya da sabit qalır. Nəbz orta hesabla 2-5 dəq. müddətində (50 san. – 5 dəq) bərpa edilir.

Məşq etmiş güləşçilərin, boksçuların, sprinterlərin reaksiyaları isə daha yüksək səviyyəyə çatır. Onlarda sınaqdan sonrakı 10 saniyədə 8-15 vurğu tezləşir. Maksimal qan təzyiqi 20-40 mm yüksəlir, minimal təzyiq isə 5-7 mm enir. Nəbzin bərpası orta hesabla 3 dəq. (2-5 dəqiqəyə qədər) uzanır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin