İdman təbabəTİ VƏ GİGİyena


X FƏSİL BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANLA MƏŞĞUL OLAN



Yüklə 1,93 Mb.
səhifə53/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

X FƏSİL

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANLA MƏŞĞUL OLAN

MÜXTƏLİF YAŞLI ŞƏXSLƏR ÜZƏRİNDƏ HƏKİM NƏZARƏTİ VƏ ÖZÜ-ÖZÜNƏ NƏZARƏT
Fiziki hərəkətlərin insan orqanizminə sağlamlaşdırıcı təsiri qədim zamanlardan məlumdur. Bir sıra yunan alimləri və filosofları fiziki hərəkətlərin xəstəliklərlə mübarizədə və ömrün uzadılmasında böyük rol oynadığını göstərmişlər. Eramızdan əvvəl IV əsrdə Aristotel yazırdı: «Uzun müddət fiziki hərəkətsizlik insanın məhv olmasına səbəb olur».

Dahi tacik alimi və həkimi İbn-Sina «Həkim elminin əsasları» kitabında yazmişdir ki, fiziki hərəkətlərlə məşğul olduqda və normal gigiyenik rejim gözlənildikdə dərmanlardan istifadə etməyə ehtiyac yoxdur.

Hərəkət aktivliyinin azlığı, yəni hipokineziya bütün orqanizmə, ilk növbədə ürək qan-damar sisteminə mənfi təsir göstərir.

Fiziki hərəkətlərlə müntəzəm məşğul olduqda orqanizmin müxtəlif mənfi amillərə qarşı qeyri-spesifik dözümlüyü yüksəlir.

Qeyd etmək lazımdır ki, fiziki hərəkətlərlə qeyri-rasional məşğul olduqda orqanizm ciddi zədələnə bilər.

Uşaqlıq, yeniyetmə və gənc yaşlarında bədən tərbiyəsi və idmanla məşğul olduqda orqanizmin inkişafı və boy artımı sürətlənir, maddələr mübadiləsi fəallaşır, sağlamlıq və fiziki inkişaf möhkəmlənir, orqanizmin funksional imkanları artır, eyni zamanda böyük tərbiyəedici xarakter daşıyır.

Məşq prosesində yaş xüsusiyyətləri nəzərə alındıqda və idman həkiminin nəzarəti altında fiziki yük tətbiq edildikdə qarşıya qoyulan vəzifələr yerinə yetirilə bilir.

Aşağıdakı yaş qrupları vardır(V.M.Karpman):



  1. Məktəbəqədər dövr (1-6 yaş)

  2. Kiçik məktəb yaşı (7-11 yaş)

  3. Orta məktəb yaşı (12-15 yaş)

  4. Böyük məktəb yaşı (16-18 yaş)

  5. Yetişkənlik dövrü (39 yaşa qədər)

  6. Orta yaş (40-60 yaş)

  7. Ahıl yaş (60-74 yaş)

  8. Qocalıq yaş (75 və yuxarı yaş dövrü)



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin