İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə61/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Fəaliyyətin

növü

Güc-sürət tələb edən

idman növlərində

(milliqram)

Dözümlülük tələb edən

idman növlərində

(milliqram)




A

B1

B2

PP

C

E

A

B1

B2

PP

C

E

Fəal istirahət

dövrü

2

2,5

2

20

75

10

2

3

2

20

100

10


Məşqin əsas dövrü

2

5

2,5

20

150

10

3

10

2,5

25

200

15

Yarış dövrü

2

5

2,5

25

250

15

2

10

2,5

25

300

30

Yarışdan 3-4 gün sonra

2

5

2,5

20

250

10

2

10

2,5

20

300

15

Bərpa dövründə vitaminlərin təyin edilməsinin əsas xüsusiyyəti onların faktiki enerji itkisindən artıq miqdarda qəbul edilməsidir. Sürət-güc tələb edən idman növlərində vitamin B1 idman yarışlarından 3-4 gün sonra gündə 5 mq, dözümlülük tələb edən idman növlərində 10 mq, oksidləşmə proseslərində sulukarbohidrat, yağ və zülal mübadiləsində, hemoqlobinin sintezində iştirak edən vitamin B2 (riboflavin) yarışlardan sonrakı bərpa dövründə gündə 2,5 mq, trofik proseslərə təsir edən vitamin B6 (piridoksin) yarışlardan ilk 3-4 gün sonra 2,5-2,7 mq, qan törətmə qabiliyyətini normaya salan vitamin B12 (kobalamin) gündə 5-8 mq, toxuma tənəffüsünü yaxşılaşdıran B15 (kalsium panqamat) yarışlardan 4 gün əvvəl, yarışlar zamanı və sonra gündə 300 mq, mədə-bağırsaq fəaliyyətini yaxşılaşdıran PP vitamini (nikotinamid) yarışlarda ilk 3-4 gün müddətində 2-mq məsləhət görülür.

Endokrin vəzilərin, görmə analizatorunun fəaliyyətinə, dərinin vəziyyətinə təsir göstərən, yağlarda həll olan A vitaminlər qrupu (retinol və karotin) bərpa məqsədilə 2 mq-dən az təyin edilməməlidir. Vitamin D adətən tarazlaşdırılmış qida rasionunda və ya vitamin komplekslərində kifayət qədər orqanizmə daxil olur. Əzələ sisteminə təsir göstərən vitamin E (tokoferol) bərpa dövründə rasionda 15 mq təşkil etməlidir. Qan sisteminə təsir edən vitamin K (vikasol) yaşıl tərəvəzlə orqanizmə kifayət qədər daxil edilməlidir.

Vitamin C (askorbin turşusu) geniş təsirə malik olub, bərpa dövründə gündə 300 mq-a çatdırılmalıdır.

Bütün adı çəkilən vitaminlər polivitamin komplekslərə kifayət qədər daxil edildiyi üçün onların qəbul edilməsi məsləhətdir. Bu vitamin komplekslərinə undevit, panheksavit, tetravit, dekamevit, aerovit və s. aiddir. Onlar yükdən sonra gündə 1-2 həb qəbul edilir.
QİDA QARIŞIQLARI VƏ İÇKİLƏR
Qida qarışıqları və içkilərin tərkibi idman fəaliyyəti zamanı və ondan sonra bərpa dövründə orqanizmin iş qabiliyyətinin tezliklə bərpa edilməsi ilə sıx bağlıdır. Bununla əlaqədar bu cür əlavə qida qarışıqlarına, bir qayda olaraq asanlıqla həzm olunan sulukarbohidratlar, üzvi turşular, vitaminlər, mineral maddələr, əvəz edilməyən amin turşuları, doymamış yağ turşuları və s. daxil edilir. Bu komplekslər tezliklə mənimsənildiyi üçün onlar işdən əvvəl, tənəffüs zamanı qəbul edilə bilər. Aşağıdakı qida qarışıqları və içkilər daha çox istifadə edilir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin