İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə52/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

9.2. Dopinq nəzarəti
Dopinq idman nailiyyətinin süni surətdə artırılması məqsədilə yarışdan əvvəl və yarışın gedişində tətbiq edilən kimyəvi maddələrə deyilir. Dopinq idmançının sağlamlığına mənfi təsir göstərir. O, orqanizmin süni surətdə fəaliyyətini yüksəldir, fiziki iş zamanı onun qənaətsiz fəaliyyətinə səbəb olur, enerji ehtiyatını azaldır, bərpa prosesinin gedişini ləngidir. Bunun nəticəsində patoloji vəziyyət yaranır.

Orqanizmin qısa müddətli funksiyasının artmasından sonra o kəskin azalır və iş qabiliyyəti azalır. Dopinq işlədilməsi ilə əlaqədar olaraq yarış zamanı və yarışdan sonra ölüm hallarına da təsadüf olunur.

İş qabiliyyətinin artırılması və yorulmanın qarşısını almaq məqsədilə hələ qədim dövrlərdə müxtəlif stimulyatorlardan istifadə edilirdi. İdmançılar olimpiya oyunlarında xüsusi maddələr alırdılar. Dopinq XVI-XVIII əsrlərdə İngiltərədə və bəzi ölkələrdə cıdırda atlara verilirdi.

İlk dəfə 1865-ci ildə rəsmi olaraq dopinq üzgücülərin yarışında Amsterdamda işlədilmişdi. 1886-cı ildə velosiped yarışlarında dopinq işlədilməsi nəticəsində ölüm baş vermişdi.

Dopinq peşəkar idmançılar arasında, xüsusilə boksçular, velosipedçilər, futbolçular arasında geniş yayılmışdı. XX əsrin 50-60-cı illərində dopinq həvəskar idmançılar arasında da yayılmağa başlamışdır.

Bütün bunlar beynəlxalq idman və tibbi təşkilatları dopinqin idmanda işlədilməsi ilə əlaqədar mübarizəni təşkil etməyə məcbur etdi. Bu məsələni ilk dəfə Beynəlxalq Olimpiya Komitəsi 1962-ci ildə Moskvada elan edilmişdir. 1967-ci ildə dopinqin işlədilməsinin qadağan edilməsi haqqında qərar qəbul olundu və 1968-ci ildə dopinqə nəzarət keçirilməyə başlandı.

Dopinq nəzarətinə yarışların qalibləri və fəxri yerlər tutan idmançılar cəlb edilir. İdman oyunlarında və digər komanda yarışlarında nəzarət püşk atmaqla yerinə yetirilir.

Hazırda 5 qrup farmokoloji maddələr dopinqlərə aid edilir.



  1. Psixomotor stimulyatorlar.

Bunlar, əsasən insanın psixi fəaliyyətinə təsir göstərir. Onlar mərkəzi sinir sistemində qıcıqlanma prosesini gücləndirir, tormozlanma prosesini zəiflədir. Nəticədə eyforiya imkanlarının qeyri-həqiqi yüksəlməsi baş verir. Bu səbəbdən idmançı öz gücünü düzgün qiymətləndirə bilmir və o, həddən artıq yorulur. Bu preparatlar qrupuna amfetamin, metilamfetamin, kokain, fenmetrazin və s. aiddir.

2. Simpatomimetik aminlər, yəni sinir və ürək-damar sistemlərinə təsir göstərərək onların fəaliyyətini gücləndirən maddələr. Bu qrupa efedrin, metoksifenamin və s. maddələr aiddir.

3. Mərkəzi sinir sistemi fəaliyyətini yüksəldən aminlər. Bu maddələr damarları hərəkət etdirir və tənəffüs mərkəzlərini qıcıqlandırır, maddələr mübadiləsini sürətləndirir, skelet əzələlərinin tonusunu artırır. Buraya leptazal, strixnin, karomin, niketamid və s. daxildir.

4. Narkotik və ağrıkəsən maddələr-morfin, kodein, qeroin və s.

5. Anabolik steroidlər. Bu maddələrə kişi cinsi qarmonlarına bənzər sintetik maddələr aiddir. Bunlar anabolik təsir göstərir, yəni əzələ kütləsini artırır, zülal mübadiləsini yüksəldir, orqanizmdə azotu, zülalı, mineral duzları və suyu saxlayır.

Anabolik steroidlər uzun müddət tətbiq edilərsə orqanizmə mənfi təsir göstərir. Onlar mədə-bağırsaq sisteminin, qaraciyərin, prostatın iltihabını törədir, spermanın əmələ gəlməsini azaldır, cinsi üzvlərdə bəd xassəli şişlərin meydana çıxmasına səbəb olur. Digər tərəfdən, borulu sümüklərin böyüməsinin qarşısını almaqla boyun artmasını dayandırır. Anabolik steroidlərin tətbiq edilməsi müxtəlif zədələnmələrin, vətərlərin qırılmasının, iltihabının, sümük və oynaqlarda degenerasiyanın baş verməsinə səbəb olur, çünki əzələ kütləsi artdığı halda oynaq-bağ aparatında müvafiq dəyişikliklər meydana çıxmır.

Qadınlarda anabolik steroidlərin işlədilməsi nəticəsində səsləri dəyişir, bədənləri tüklə örtülür, kişilərə məxsus əlamətlər meydana və s. çıxır.

Maddələr obyektiv şəkildə qanda, sidikdə, tüpürcəkdə və s. tapılarsa, dopinqlər sırasına daxil edilə bilər. Dopinqlərin müalicə məqsədilə yarışlar qabağı tətbiq edilməsi də qadağan edilir.

Bəzi idman növlərində (beşnövçülük, atıcılıq, qılıncoynatma), sakitləşdirici maddələr və alkohol dopinqlər qrupuna daxil edilir.

Dopinqə nəzarət Olimpiya Komitəsi və beynəlxalq federasiyalar xüsusi qaydaları ilə yerinə yetirilir. Dopinq nəzarəti yarışları təşkil edən ölkənin olimpiya komitəsi və ya müvafiq federasiyaların tibbi komissiyalarının nəzarəti altında həyata keçirilir.

Yarış qurtaran kimi idmançıya dərhal dopinq-məntəqəyə çağırış verilir. Burada idmançının və komandanın nümayəndəsinin iştirakı ilə idmançıdan nəzarət altında sidik götürülür. İdmançı və onun komanda nümayəndəsinin iştirakı ilə sidik 2 hissəyə bölünür. Müvafiq protokol doldurulub imzalanır. Əsas hissədə dopinq tapılarsa kontrol hissə yenidən müayinə edilir. Laboratoriyada dopinqi təyin etmək üçün kimyəvi toksikoloji müayinə (xromatoqrafiya, spektrofotometriya, mikrokristalloskopiya, mass-spekskopiya) aparılır.

Dopinq işlətmiş oyunçunun idman nəticəsi ləğv edilir, mükafatı geri alınır və ona sonrakı yarışlarda iştirak etmək qadağan olunur.

İdmançı nəzarət keçməkdən imtina edəndə də ona qarşı eyni tədbirlər görülür.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin