İdman təbabəTİ VƏ GİGİyena


Gənc idmançılar üzərində həkim nəzarəti



Yüklə 1,93 Mb.
səhifə55/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

10.2. Gənc idmançılar üzərində həkim nəzarəti

Məktəb yaşlı uşaqların idman hazırlığının əsas məqsədi onların sağlamlığının artırılması, tərbiyə edilməsi və fiziki cəhətdən mükəmməlləşdirilməsidir. Onların hazırlanması orqanizmin yaş xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilməlidir.

Gənc idmançıların üzərində həkim nəzarətinin aparılması zamanı aşağıdakı vəzifələr yerinə yetirilməlidir:


  1. İl ərzində 2 dəfədən az olmayaraq dispanser müşahidələri;

  2. Yarışqabağı xəstəliklərdən və zədələnmələrdən sonra məşqçinin göndəriş vərəqəsi əsasında əlavə tibbi müayinələr;

  3. Əlavə və təkrar yük sınaqları tətbiq etməklə həkim-pedaqoji müayinələr;

  4. İdman oriyentasiyası və seçilməsi;

  5. Məşq və yarış yerləri, idman geyimi və ayaqqabılar üzərində sanitar-gigiyenik nəzarət;

  6. Qidalanma üzərində həkim nəzarəti;

  7. Bərpa vasiətələrinin təyin edilməsi.

Bir qayda olaraq idman məşqlərinə ancaq tam sağlam uşaqlar buraxılır.

Uşaqlarda xronik infeksiya ocaqları (kariyesli dişlər, xroniki tonzillit və s.) nəticəsində ürək ritminin pozulması, damar distoniyası, həddən artıq gərginlik və yorulma meydana çıxır. Belə halda ancaq müalicədən sonra məşqə başlamağa icazə verilir.

Gənc idmançılarda sinir sisteminin çox labil olmasını nəzərdə saxlamaq lazımdır, çünki o, dayaq-hərəkət, ürək-tənəffüs və digər vegetativ sistemlərin fəaliyyətini nizama salır.

Ürək qan-damar sistemi müayinə edildikdə yeniyetmə idmançıların ürək ritminin və damar tonusunun pozulması, funksional küylərin meydana çıxması, ürəyin konfiqurasiyasının dəyişilməsi də nəzərə alınmalıdır.

Ürək ritminin pozulması sinir-humoral tənzimlənmənin xüsusiyyətləri və miokardın xəstəlikləri (distrofiya, miokardit və s.) hesabına meydana çıxa bilər.

Gənc idmançıların yaş xüsusiyyətlərinə uyğun olaraq ürəyin I tonunun II tondan bir qədər bərk səslənməsini, ürəyin tonlarının kütləşməsini və sistolik küyün meydana çıxmasını göstərmək olar.

Gənc idmançılarda maksimal qan təzyiqinin 130 mm Hb sütununa, minimal qan təzyiqinin isə 70-75 mm Hb sütununa çatması normal hesab edilir. Qan təzyiqinin yüksəlməsi çox vaxt 12-15 yaşlarında müşahidə olunur və yüksək fiziki inkişaf etmiş yeniyetmələrdə nəzərə çarpır.

Yaşla əlaqədar olaraq onlarda qan dövranı və tənəffüs sisteminin inkişafı hesabına oksigenin maksimal sərfi yüksəlir.

Gənc idmançılarda fiziki yükün təsiri altında və bərpa prosesinin erkən dövründə böyüklərlə müqayisədə ürək vurğularının və tənəffüs hərəkətlərinin dəyişkənliyi arterial qan təzyiqinin və tənəffüs həcminin dəyişkənliyinə nisbətən daha çox üstünlük təşkil edir.

Hərtərəfli fiziki inkişaf nəzərə alınmadıqda, həddən artıq və yeknəsək fiziki yükün təsiri nəticəsində uşaq və yeniyetmə orqanizmi bir tərəfli inkişaf edir, fiziki və sinir gərginliyinə məruz qalır, bəzi hallarda isə idman nəticələrinin yüksəlməsinin tamamilə dayanmasına səbəb olur.

Məşqçi və müəllim uşaqların bədən tərbiyəsi və idman məşqlərini emosional, müxtəlif formalarda və maraqlı təşkil etməlidir. Məşqlərdə müxtəlif əzələ qruplarına təsiri dəyişməli, tez-tez bir neçə dəqiqəlik qısa fasilə verilməli, müxtəlif mütəhərrik oyunlar, çeviklik və koordinasiya hərəkətləri tətbiq edilməlidir.

Məşqçi idman növü ilə məşğul olma zamanı uşaqların yaş normalarını mütləq yadda saxlamalıdır (cədvəl № 8).



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin