İdman təbabəTİ VƏ GİGİyena


Uşaqlar, yeniyetmələr və gənclər üzərində



Yüklə 1,93 Mb.
səhifə54/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

10.1. Uşaqlar, yeniyetmələr və gənclər üzərində

həkim nəzarəti
Uşaqlar fiziki hərəkətlərlə məşğul olduqda nəzərdə saxlamaq lazımdır ki, hər yaşın özünə məxsus xüsusiyyətləri vardır. Uşaqlarda boyun uzunluğu qeyri-bərabər artır. 7-10 yaşlarında boy ildə orta hesabla 4-5 sm, 13-14 yaşlarında 7-9 sm oğlanlarda, 11-12 yaşlı qızlarda 7-8 sm artır.

Bədənin çəkisi boyun artmasının ləngiməsi dövründə, yəni 7-10 yaşlarında və 17-20 yaşlarında daha sürətlə çoxalır.

Boyun sürətlə artdığı dövrdə orqanizmdə energetik və plastik proseslər daha da aktivləşir. Bu dövrdə xarici mühitin amillərinə qarşı dözümlük azalmış olur. Çəkinin artması çox olan dövrdə, əksinə, xarici amillərə qarşı dözümlük yüksəlir.

Yeniyetmələrdə fiziki inkişafın sürəti və səviyyəsi cinsi yetişgənlik dövründə daha yüksək olur. Uşaqlarda bədən tərbiyəsi təşkil olunduqda onların bioloji yaşlarının pasport yaşına uyğunluğu nəzərə alınmalıdır.

Hazırda müşahidə olunan akselrasiya fenomeni nəinki bədənin çəkisinin və ölçülərinin artması, həmçinin onların morfoloji və funksional yetkinliyi ilə ifadə edilir. Həmçinin bioloji və pasport yaşlarının uyğun olmaması ilə xarakterizə olunur.

Uşaqlarda sinir sistemi böyük oyanıqlığa malikdir. 13-15 yaşlarında hərəkət funksiyaları intensiv və hərtərəfli əmələ gəlir, əzələ sistemi və əzələlərin gücü yaxşı inkişaf edir. Bununla yanaşı, ürək qan-damar və tənəffüs sistemlərinin funksional vəziyyətləri böyüklərə nisbətən aşağı səviyyədə olur. Məsələn, 10 yaşlı uşaqlarda ürəyin həcmi orta hesabla 364 ml, sistolik həcmi-29,2 ml olduğu halda 16 yaşlarında bu rəqəmlər 2 dəfə artır. Ürək vurğularının sayı yaşla əlaqədar azalır, məsələn, 7 yaşında 1 dəqiqədə 85,8(oğlanlarda), 13 yaşında 73,1, 18 yaşında 62,3 olur. Arterial qan təzyiqi də yaşla artır (7 yaşda 90/50 mm, 13 yaşda -105/60, 18 yaşda isə 120/70 mm).

Uşaqlarda miokardın təqəllüs qabiliyyəti zəif, nasos funksiyası kiçik, funksional ehtiyatı aşağıdır. Fiziki yükün təsiri nəticəsində ürək vurğularının sayı daha çox artır. Kiçik yaşlı uşaqlarda arterial qan təzyiqi böyüklərə nisbətən daha az yüksəlir, çünki ürək əzələsi az inkişaf etmiş olur, ürəyin həcmi də kiçik olur.

Uşaqlarda işlək əzələlər oksigenlə qan cərəyanının sürətlənməsi hesabına, böyük adamlarda isə oksigenin daha yüksək səviyyədə mənimsənilməsi hesabına təmin olunur.

12-15 yaşlı yeniyetmələrdə uyğunlaşma imkanları artır, ürəyin işi daha qənaətli olur. Bununla yanaşı cinsi yetişgənlik dövründə cinsi vəzilər böyüyür, qalxanvari və böyrəküstü vəzlərin fəallığı artır, beyin qabığının qıcıqlanması sürətlənir və emosionallıq yüksəlir.

Bəzi uşaqların ürək ölçüləri onların boylarının və çəkilərinin artmasından bir qədər geri qalır («kiçik» ürək). Belə halda qan dövranı aparatı fiziki işə çətinliklə uyğunlaşır və bu səbəbdən də onlarda iş qabiliyyəti aşağı səviyyədə olur.

Tənəffüs funksiyasının və eyni zamanda qan dövranı sisteminin funksiyasının fiziki yükə uyğunlaşması uşaq və yeniyetmələrdə böyüklərə nisbətən daha az səmərəli şəkildə gedir. Dözümlülük tələb olunan fiziki iş görüldükdə uşağın yaşı az olanda ağciyərlərin ventilyasiyasının artması ilə əlaqədar qəbul olunan havanın tərkibində oksigenin mənimsənilməsi də azalır. Beləliklə, uşağın yaşı nə qədər azdırsa, toxumaları oksigenlə təmin etmək üçün bir o qədər də ağciyərlərdən keçən havanın həcmi çox olmalıdır.

Anaerob şəraitdə uşaq və yeniyetmələrdə böyüklərə nisbətən iş görmə qabiliyyəti daha da inkişaf etmiş olur. Onlar həmçinin hipoksiya şəraitinə az dözümlüdürlər.

Odur ki, uşaq, yeniyetmə və gənclərin orqanizminin xüsusiyyətlərini nəzərə alaraq bədən tərbiyəsi və idmanla məşğul olduqları zaman xüsusi həkim nəzarətinin təşkil olunması tələb olunur.

Onların fiziki inkişafına daha diqqətli olmaq lazımdır. 4-12 yaşlarında gövdə əzələləri onurğa sütununu dinamik vəziyyətlərdə zəif fiksə etdiyi üçün sümüklərin plastikliyinin yüksək olması səbəbindən qamətin pozulması və skoliozların meydana çıxması asanlıqla baş verir. Bununla bərabər yastı pəncəliyin qarşısının alınması üçün bütün əzələ qrupları simmetrik inkişaf etdirilməlidir.

Həkim müayinələri aparıldıqda müxtəlif üzv və sistemlərin funksional vəziyyətinə və ümumi fiziki iş görmə qabiliyyətinə diqqət yetirməlidir.

Adətən ürək qan-damar sisteminin funksional qabiliyyətinin vəziyyətini qiymətləndirmək üçün standart fiziki yük – 30 san. müddətində 20 dəfə çöməlmə icra edilir. Məktəb yaşlı uşaqlarda sınaqdan sonra nəbzin sayı 30-50% artır, maksimal qan təzyiqi 10-20 mm yüksəlir, minimal isə 4-10 mm azalır. Adətən 1-2 dəq. sonra hər iki göstərici bərpa olunur.

Çöməlmə sınağından başqa yerində 2 dəq. qaçışdan, Letunov sınağından da istifadə edilə bilər.

Son zamanlar Harvard step-test və PWC170 sınaqları geniş tətbiq edilir. Harvard step-testində 8 yaşına qədər uşaqlar üçün pilləkənin hündürlüyü 35 sm. iş görmə müddəti 2 dəq, 8-12 yaşlarında 35 sm və 3 dəq, 12-16 yaşlı oğlanlar üçün – 45 sm və 4 dəq, qızlar üçün 40 sm və 4 dəq. nəzərdə tutulur.

Uşaq və yeniyetmələrdə xarici tənəffüsün qiymətləndirilməsi böyük əhəmiyyətə malikdir. Uşaqların boyu 1,00-1,63 sm olduqda ağciyərlərin həyat tutumu 4,53 x boy 3,9 (m), hündürlüyü 1,65 dən çox olan oğlanlar üçün 10 x boyu 12,85 (m) düsturları ilə təyin olunur.

Şagird və tələbələr həkim müayinələrinin nəticəsinə görə üç qrupa bölünürlər: əsas tibbi qrup, hazırlıq qrupu və xüsusi tibbi qrup.

Əsas tibbi qrupa tam sağlam və fiziki inkişaf etmiş şəxslər daxildir. Onlarda fiziki məşğələlər tam həcmdə aparılır.

Hazırlıq tibbi qrupuna zəif fiziki inkişaf etmiş uşaqlar daxil edilir. Bu qrupda idman dərsləri proqrama uyğun olaraq aparılır, lakin onlar hərəkətlər kompleksini tədricən mənimsəməlidirlər. Bundan başqa onlarda fiziki hazırlığın yüksəldilməsi üçün əlavə dərslərin keçirilməsi nəzərdə tutulmalıdır. Sağlamlıq vəziyyəti, fiziki inkişafı və funksional qabiliyyəti yüksələn uşaqlar əsas qrupa keçirilirlər.

Xüsusi tibbi qrupa sağlamlıq vəziyyətində daimi və ya müvəqqəti xarakterli dəyişikliklər olan, ancaq adi tədris yükünü yerinə yetirə bilən uşaqlar daxildir. Bu qrupa daxil olan uşaqlar bədən tərbiyəsi dərslərini xüsusi proqram üzrə keçirlər. Bu qrupdan hazırlıq qrupuna əlavə tibbi müayinələr əsasında keçirirlər.

Uşaqlar kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən sonra müvəqqəti olaraq bədən tərbiyəsi dərslərindən azad edilir, onların fiziki hazırlığı nəzərə alınmaqla müvafiq tibbi qrupa təyin olunurlar. Məsələn, angina xəstəliyindən və qripdən 2-4 həftə, kəskin respirator xəstəliyindən 1-3 həftə, kəskin otitdən 3-4 həftə, pnevmoniya, plevritdən, difteriya, skarlatina və digər yoluxucu xəstəliklərdən 1-2 ay, kəskin qlomerulonefritdən və revmokarditdən 2-3 ay, infeksion hepatitdən 6-12 ay, appendisit əməliyyatından sonra 1-2 ay müddətinə bədən tərbiyəsi dərslərindən azad edilirlər.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin