İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə43/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Harvard step-test sınağı. Bu sınaqla dozalaşdırılmış əzələ fəaliyyətindən sonra bərpa prosesləri keyfiyyətcə qiymətləndirilir. Fiziki yük kişilər üçün 50 sm, qadınlar üçün isə 43 sm hündürlüyündə pilləkənə 5 dəq. ərzində 30 dəfə qalxmaqdan ibarətdir. İdmançıda yorğunluq əlamətləri müşahidə edildikdə həkim sınağın gedişini dayandıra bilər.

12-18 yaşlı idmançılar pilləkənə 4 dəq. müddətində qalxmalıdırlar.

İdmançının funksional hazırlığı nəbzin sayının təyin edilməsi ilə qiymətləndirilir. Nəbz bərpa dövrünün 2-ci, 3-cü və 4-cü dəqiqələrinin ilk 30 saniyəsi ərzində oturmuş vəziyyətdə hesablanır. Sınağın nəticəsi Harvard step-test sınağının indeksi kimi hesablanır. İndeks belə yazılır.

HSTİ = t. 100

(f1+f2+f3).2

Burada t-pilləkana qalxıb-düşmə vaxtı (saniyə ilə); f1+f2+f3 bərpa dövrünün 1-ci, 2-ci, 3-cü dəqiqələrin ilk 30 saniyəsi ərzində nəbzin sayını, 100 isə indeksin tam rəqəmlə ifadə etmək üçündür.

HSTİ gərgin fiziki işdən sonra bərpa proseslərinin sürətini xarakterizə edir. Nəbz nə qədər tez bərpa olunursa, f1+f2+f3 o qədər kiçik rəqəmlə ifadə olunur və deməli indeks o qədər də böyük olur.

Cədvəldə Harvard step-test sınağının nəticələri göstərilir (cədvəl 5).



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin