Novakkinin sınağı. Bu sınaq həm kifayət qədər düzgün məlumat əldə etməyə imkan verir, həm də çox sadədir. Onun yerinə yetirilməsi üçün ancaq veleorqometr tələb olunur. Sınaq zamanı idmançının çəkisindən, işin gücündən asılı olaraq yükün yerinə yetirilmə müddəti öyrənilir. Yük bədənin 1 kq çəkisinə görə vatt-la təyin edilir. Məsələn, 4 vatt/kq həcmində işin görülməsi üçün 100 kq çəkidə olan idmançı 400 vatt gücündə (2400 kqm/dəq), 50 kq çəkisi olan idmançı isə 200 vatt gücündə (1200 kqm/dəq) veloeqrometrin pedallarını fırlandırmalıdır.
İlkin yük 1 vatt/kq gücündə icra edilir və hər 2 dəqiqə – dən bir 2 vatt/kq artırılır. Yük, idmançı işdən imtina edənə qədər artırılır. Bu zaman oksigenin mənimsənilməsi oksigenin maksimal sərfinə yaxınlaşır, ya da ona bərabər olur, ürək vurğularının sayı da maksimal rəqəmlərə qədər artır.
Bu sınaq məşq etmiş idmançılarda, məşq etməmiş şəxslərdə, hətta xəstəliklərdən və zədələnmələrdən sonra reabilitasiya dövründə də tətbiq edilə bilər. Gənc idmançıların seçilməsində bu sınaq geniş istifadə olunur.
Dostları ilə paylaş: |