İdman təbabəTİ VƏ GİGİyena


VIII FƏSİL MƏŞQ PROSESİNDƏ HƏKİM-PEDAQOJİ



Yüklə 1,93 Mb.
səhifə46/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

VIII FƏSİL
MƏŞQ PROSESİNDƏ HƏKİM-PEDAQOJİ

MÜŞAHİDƏLƏR
Tibbi-pedaqoji müşahidələr həkim və məşqçi (bədən tərbiyəsi müəllimi) tərəfindən aparılan müayinələrdən ibarətdir. O, orqanizmə fiziki yükün təsirinin öyrənilməsi, onun funksional hazırlıq vəziyyətinin təyin edilməsi və buna əsasən tədris-məşq prosesinin mükəmməlləşdirilməsi məqsədilə həyata keçirilir. Tibbi-pedaqoji müşahidələr pedaqoji, tibbi və psixoloji müşahidələri əhatə edən kompleks nəzarətdən ibarətdir.

Tibbi-pedaqoji nəzarətin nəzəri və praktiki əsasları 1940-1950-ci illərdə sovet alimləri S.P.Letunov, R.Y.Motilyanskaya və N.D.Qrayevskaya tərəfindən qoyulmuşdur.

Tibb – pedaqoji nəzarətin meydana çıxması belə bir faktla əlaqədardır ki, idmançının funksional hazırlıq vəziyyəti spesifik yük tətbiq etməklə məşq prosesində daha yaxşı qiymətləndirilə bilər. Tibbi-pedaqoji müşahidələr aparıldıqda fiziki yükdən sonra iş qabiliyyətinin yarımçıq bərpasının əlamətləri, həddən artıq yorulma və həddən artıq gərginlik vəziyyətlərinin meydana çıxması erkən aşkar olunur. Bu cür məlumatın əldə edilməsi məşqçiyə tədris-məşq prosesində müvafiq dəyişikliklərin edilməsinə imkan verir.

Tibbi-pedaqoji müşahidələr zamanı obyektiv müayinə üsullarının tətbiq edilməsi məşq yükünün təsirinin qiymətləndirilməsinə, məşq prosesinin fərdi şəkildə təşkil edilməsinə və onun planlaşdırılmasının yaxşılaşdırılmasına kömək göstərir. Odur ki, məşqçi və müəllim sadə tibbi müayinə üsullarını yerinə yetirməyi bacarmalı və alınan məlumatdan yükün təsirini qiymətləndirmək üçün, məşq prosesini və bədən tərbiyəsi məşğələlərini düzgün təşkil etmək üçün faydalanmalıdır.





Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin