İdman təbabəTİ VƏ GİGİyena


İDMANÇI ÜRƏYİNİN STRUKTUR



Yüklə 1,93 Mb.
səhifə34/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

İDMANÇI ÜRƏYİNİN STRUKTUR

XÜSUSİYYƏTLƏRİ
Hələ XIX əsrdə idmançıların ürək qan-damar sisteminin xüsusiyyətlərinə nəzər salınmışdır. 1899-cu ildə Xenşen yaxşı məşq etmiş idmançılarda ürəyin ölçülərinin böyüməsinə, nəbzin gərginliyinin və elastikliyinin artmasına fikir vermişdir. O belə ürəyi «idmançı» ürəyi adlandırmışdır.

İdmançılarda ürək ölçülərinin artmasına səbəb müxtəlif xəstəliklər və fiziki fəaliyyət ola bilir. Yüksək fiziki iş qan dövranını qüvvətləndirdiyi üçün ürəyin yığılmasının qüvvəsi və sıxlığı artır. Fiziki iş uzun müddət davam etdikdə ürək kompensator olaraq böyüyür. Fiziki iş yüksək olmaqla bərabər, uzun müddət icra olunursa və tez-tez təkrar edilirsə, ürəyin əzələ lifləri qalınlaşır, yəni hipertrofiya inkişaf edir. Müntəzəm idman məşğələləri nəticəsində baş verən hipertrofiyaya işcil hipertrofiya deyilir. Bu zaman hipertrofiyalaşmış ürək əzələsində ehtiyat şəklində olan kapilyarlar artdığından ürək əzələsinin qidalanmasını və oksigenlə təmin olunmasını qüvvətləndirir.

Gərgin məşq prosesində idmançının ürəyində yaranan morfoloji və uyğunlaşma dəyişikliklərinin meydana çıxması səbəbindən onlar az enerji sərf etməklə yüksək gərgin işi asanlıqla yerinə yetirilər.

İdmançı ürəyində əzələlərin qalınlaşması ilə bərabər ürək boşluqlarının genişlənməsi də müşahidə olunur. Bu proses dilyatasiya adlanır. Dilyatasiyaya həm mədəciklər, həm də qulaqcıqlar uğraya bilir. Mədəciklərin dilyatasiyası daha əhəmiyyətlidir, çünki o idmançı ürəyinin əsas funksional xüsusiyyətini, yəni yüksək iş qabiliyyətini təmin edir.

İdmançı ürəyinin ölçüləri telerentgenometriya müayinə üsulu ilə həyata keçirilir. Bu zaman ürəyin frontal və sagital vəziyyətdə rentgen şəkilləri çəkilir və ürəyin həcmi sm3 ilə hesablanır.

Sağlam məşq etməmiş 20-30 yaşlı kişilərin ürəklərinin həcmi orta hesabla 760 sm3, qadınlarda isə 580 sm3 təşkil edir. Cədvəldən göründüyü kimi idmançıların ürəklərinin həcmi idman fəaliyyətinin xarakterindən asılı olaraq dəyişir.

Dözümlüyə məşq edən idman növlərində (xizək və velosiped sürənlər, orta və uzaq məsafəyə qaçanlar) ürəyin həcmi daha böyük olur (cədvəl 4).

Dözümlük çox tələb olunmayan idman növlərində (boks, güləş, idman oyunları və s.) ürəyin həcmi bir qədər kiçik olur. Nəhayət, əsasən sürət-güc inkişaf etdirən idman növlərində (ağırlıqqaldırma, gimnastika, qısa məsafəyə qaçış) ürəyin həcmi çox kiçik olur, idmanla məşğul olmayanlara yaxınlaşır.

Göründüyü kimi, ürəyin dilyatasiyası bütün idmançılara xas olmayıb, ancaq dözümlüyə məşq edən idmançılar üçün xarakterikdir.

Ürəyin həcminin 1200 sm3-dən çox böyüməsi fizioloji dilyatasiyanın patoloji hala keçməsinin göstəricisidir. Ürəyin həcminin həddən artıq böyüməsi (1700 sm3 qədər) qeyri–rasional məşq prosesində ürək əzələsində meydana çıxan patoloji prosesləri əks etdirir.





Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin