İdman təbabəTİ VƏ GİGİyena


Sinir-əzələ sisteminin funksional vəziyyətinin



Yüklə 1,93 Mb.
səhifə26/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Sinir-əzələ sisteminin funksional vəziyyətinin

müayinə edilməsi
Bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olduqda sinir-əzələ aparatının morfoloji və funksional dəyişiklikləri meydana çıxır. Skelet əzələlərinin hipertrofik dəyişiklikləri nəticəsində sarkomerlərin sayı artır, sarkoplazmanın həcmi böyüyür, mioqlobinin miqdarı çoxalır.

Sinir-əzələ aparatının funksional vəziyyətinin diaqnostikasında elektromioqrafiya üsulunun mühüm rolu vardır. Bu üsulla təqəllüs edən və boşalan əzələlərdə meydana çıxan elektrik biopotensialının qeyd edilməsi mümkündür.

Sinir-əzələ aparatının funksional vəziyyətinin qiymətləndirilməsində əl əzələlərinin hərəkət tezliyi müayinə edilir. Bu məqsədlə ölçüləri 6 x 10 sm olan 4 kağız vərəqə 10// müddətində qələmlə maksimal sürətlə nöqtələr qoyulur. Yüksək dərəcəli idmançılar hər paya 70-dən çox nöqtə vurmalıdır. Funksional vəziyyət yaxşılaşdırıldıqca nöqtələrin sayı artır. Bu, əsasən sürət-gücü inkişaf etdirən idman növlərində daha çox müşahidə edilir.

Skelet əzələlərinin təqəllüs qabiliyyətini, müayinə etmək üçün onların statik dözümlüyü və gücü öyrənilir. Əlin statik dözümlüyü dinamometr vasitəsilə müayinə edilir.





Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin