İdman təbabəTİ VƏ GİGİyena


Vegetativ sinir sisteminin funksional



Yüklə 1,93 Mb.
səhifə25/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Vegetativ sinir sisteminin funksional

vəziyyətinin müayinəsi
Fiziki hərəkətlərlə müntəzəm məşğul olmaq nəticəsində sakitlik vəziyyətində parasimpatik şöbənin funksiyası artaraq ürək qan-damar, tənəffüs və digər sistemlərin qənaətli fəaliyyətini təmin edir (ürək vurğularının tezliyini azaldır, tənəffüsün sayını seyrəkləşdirir, arterial qan təzyiqini aşağı salır və s). Fiziki hərəkətlər zamanı və bilavasitə ondan sonra simpatik sinir şöbəsinin tonusunun yüksəlməsi orqanizmin daha yaxşı üyğunlaşmasını təmin edir.

Simpatik və parasimpatik sinir sistemlərinin işi arasında daima dinamik müvazinət olduğundan vegetativ sinir sisteminin vəziyyətinin müəyyən edilməsində orostatik sınağın böyük əhəmiyyəti vardır. Uzanmış şəxsin nəbzi bir neçə dəfə 15 saniyəlik sayılır. Təkrar olunan rəqəm 4-ə vurulur, maksimal və minimal qan təzyiqləri təyin edilir. Sonra şəxs ayaq üstə qalxır və onun nəbzi və arterial qan təzyiqi təkrar təyin edilir. Əgər vəziyyətin dəyişməsi ilə əlaqədar nəbz dəqiqədə 12-18 vurğu artarsa, simpatik sinir sisteminin işinin normal olması sübut edilir. Normal hallarda qan təzyiqi də 10 mm aşağı və ya yuxarı ola bilər.

Ürək qan-damar sisteminə gələn simpatik sinirlərin oyanıqlığı zəif olduqda nəbz 6 vurğudan, yüksək olduqda isə 20 vurğudan çox artmır. Uzanmış vəziyyətdə azan sinir üstünlük təşkil edir. Orta səviyyədə məşq etmiş şəxslərin uzanmış halda nəbzinin sayı 62-70 arasında olur. Rəqəmin yuxarı olması simpatik, aşağı olması parasimpatik sinirlərin üstünlüyünü göstərir. Bu zaman sistolik təzyiq artır, ürəyin sistolik həcmi azalır, nəbz tezləşir.

Klinostatik sınaqı zamanı idmançının nəbzinin sayı əvvəlcə ayaq üstü vəziyyətdə, sonra isə uzanmış vəziyyətdə müəyyən edilir. Parasimpatik şöbə normal vəziyyətdə olduqda uzanmış vəziyyətə keçdikdə nəbzin sayı 1 dəq. ərzində 4-12 vurğu azalır. Nəbz 12 vurğudan artıq seyrəkləşəndə bu parasimpatik sinirlərin yüksək aktivliyini göstərir.

Parasimpatik sinir sisteminin funksional vəziyyətinin öyrənilməsi üçün göz-ürək sınağı və ya Aşner sınağı də təklif edilmişdir. Bu məqsədlə müayinə edilən şəxsin uzanmış vəziyyətdə 15 san. ərzində nəbzi sayılır. Sonra o, gözlərini yumur və aşağı baxır. Müayinə edən şəxs onun gözlərini yan tərəfdən ağrı törətmədən sıxır. Nəbz bu əməliyyatdan 10 san. sonra 15 san. müddətində sayılır. Ürək vurğularının sayı 1 dəq. ərzində 4-10 vurğu azalır. Parasimpatik şöbənin vəziyyəti aktiv olduqda nəbzin sayı 10 vurğudan artıq azalır, əksinə, simpatik sinir şöbəsinin aktivliyi üstünlük təşkil edərsə, nəbz sabit qalır və ya onun sayı sürətlənir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin