2.1. Hava ilə bədənin möhkəmləndirilməsi. İl boyu məktəbə qədər uşaq müəssisələrində uşaqları açıq havada qarşılayır, elə açıq havada və ya havası dəyişdirilmiş otaqda səhər gimnastikası edirlər, onları parka, meşəyə və s. havası təmiz olan yerlərə gəzintiyə çıxarırlar. Bədəni hava ilə möhkəmlətməyə başladıqda, havanın hərarəti 16-180 C-dən aşağı olmamalıdır. İlk dəfə bu prosedura 5-10 dəqiqə vaxt sərf edilir, sonralar həmin müddət tədricən 25 dəqiqəyədək artırılır. Getdikcə bədənin möhkəmləndirilməsini aşağı hərarətli havada aparırlar (12 C-dən aşağı olmamaq şərtilə). Bu zaman həmin prosedurun müddəti 10 dəqiqəyə qədər azaldılmalı və bədən tərbiyəsi hərəkətləri edilməlidir. Yaz və yay aylarında uşaq düşərgələrində, bağçalarda uşaqların təmiz havada, kölgədə (hava şəraitindən asılı olaraq 3-5 saat) yarıçılpaq, ayaqyalın olmağı (oynamağı) məsləhət görülür.