İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə193/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   189   190   191   192   193   194   195   196   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Qocalıq – həyatın geri qayıtmaz bir pilləsidir. Hazırki təbabət insanı cavanlaşdırmaq, süni surətdə ömrü uzatmaq qarşısında acizdir. Lakin əməyin, istirahətin, məişətin, qidalanmanın və s. düzgün təşkil edilməsi, içki içmək, papiros çəkmək kimi zərərli adətlərdən əl çəkmək qocalığın lazımlı profilaktik tədbirlərindəndir.

Sağlamlığın qorunmasında və ömrün uzadılmasında bədən tərbiyəsinin rolu çox böyükdür. Bədən tərbiyəsi ilə müntəzəm məşğul olduqda orqanizmin ətraf mühitin mənfi təsirlərinə qarşı müqaviməti artır, iş qabiliyyəti, maddələr mübadiləsi normallaşır. Bədən tərbiyəsinin fizioloji əsası ondan ibarətdir ki, o, qocalıq zamanı meydana çıxan hərəkət məhdudluğunu əvəz edir. Yaşlılar bədən tərbiyəsinin bütün növləri ilə məşğul ola bilərlər, lakin onların hərəkətlərinə müəyyən düzəliş vermək zəruridir. Aydındır ki, 20-30 yaşlı cavanların fiziki məşğələlərini mexaniki olaraq yaşlılara vermək olmaz. Ürək qan - damar sistemi, ağciyərlərin, tənəffüs orqanlarının xroniki xəstəlikləri bəzən qocalara bədən tərbiyəsi ilə məşğul olmağa imkan vermir.

Yaşlılarda bədən tərbiyəsinin köməyi ilə hərəkət rejiminin bərpa olunması sağlamlaşdırıcı məşğələlərin hesabına olur. Bu məşğələlərin həyata keçirilməsində ən əsas və vacib şərtlərdən biri yaşdan, sağlamlıq dərəcəsindən, fiziki hazırlıqdan asılı olaraq verilən yükün dozalaşdırılması, onun intensivliyinin və davamlılığının normallaşdırılmasıdır.

Fiziki hərəkət və məşqlərə başlamazdan əvvəl sağlamlığın vəziyyətindən və fiziki hazırlığdan asılı olaraq orta və ahıl yaşlıları aşağıdakı tibbi qruplara ayırmaq lazımdır:

I qrupa kifayət dərəcədə fiziki hazırlığı olan, sağlam adamlar daxil edilir. Onlar yaş qruplarına aid olan ümumi fiziki hazırlıq məşğələlərində iştirak edə bilərlər.

II qrupa fiziki hazırlığı az olan, sağlamlığı bir qədər zəifləmiş, lakin heç bir funksional pozğunluğu olmayan şəxslər daxil edilir. Onlar xüsusi proqramla hazırlanmış ümumi fiziki hazırlıq məşğələlərində iştirak edə bilərlər.

III qrupa sağlamlığı çox pozulmuş, fiziki hazırlığı olmayan, funksional pozğunluqlu şəxslər daxil edilir. Onlara xəstəliklərinə müvafiq müalicəvi bədən tərbiyəsi hərəkətləri təyin edilir.

Orta və ahıl yaşlılara aşağıdakı bədən tərbiyəsi-sağlamlıq məşğələləri təklif olunur: səhər gimnastikası, bədən tərbiyəsi fasilələri, yeriş və qaçış hərəkətləri, turist gəzintiləri, ov etmə, balıq tutma, fərdi və qruplarla bədən tərbiyəsi məşğələləri.

Bədən tərbiyəsi-sağlamlaşdırıcı məşğələlərə sadə hərəkətlərdən başlanılır. Sonra hərəkətlər tədricən mürəkkəbləşdirilir. İş yükü də tədricən(10-15 dəqiqəyə qədər) artırılır. Çalışmaq lazımdır ki, hərəkətlərə ardıcıl olaraq əl, ayaq, kürək, qarın əzələləri cəlb edilsin. Tənəffüs dərin, ritmli və hərəkətlərin tempinə uyğun olmalıdır. Mürəkkəb hərəkətlər yerinə yetirilirsə, təkrarların arasındakı fasilə 30-60 saniyə artırılır.

Orta və ahıl yaşlılarda əsas fikir onurğa sütunu və oynaqların hərəkətinə - (əyilib-düzəlmə, oturub-durma, gövdəni yanlara döndərmə), qarın əzələlərini möhkəmləndirən, oynaqlara duz yığılmasının qarşısını alan hərəkətlərə və tənəffüs hərəkətlərinə verilməlidir. Bunlarla bərabər, bədəni möhkəm-ləndirməyə, düzgün qidalanmaya, gündəlik rejimə fikir verilməsi böyük rol oynayır. Bədən tərbiyəsi ilə məşğul olan yaşlılar daim həkim nəzarəti altında olmalıdırlar.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin