Qrup məşğələləri. Bu, sağlamlıq zonalarında, istirahət evlərində, istirahət parklarında metodist və həkimin bilavasitə nəzarəti altında aparılır. Bu zaman fiziki hərəkətlərin müxtəlif növlərindən - gimnastika, atletika, üzgüçülük, idman oyunları (tennis, voleybol, basketbol), velosiped sürmədən və s. istifadə edilir. Müxtəlif fiziki hərəkətlərin kompleks şəkildə keçirilməsi daha effektli olur (30% gimnastika, 30% atletika, 40% idman oyunları). Məşğələlərin ilk mərhələsində məşğul olanların fiziki hazırlığının zəif olmasını, onlarda tənəffüs və ürək qan-damar sistemi xəstəliklərinin olmasını nəzərə alaraq qaçışdan, tullanmadan və kəskin hərəkətləri olmayan fiziki yükdən istifadə edilir. II mərhələdə sağlamlaşdırıcı gimnastikanın miqdarı azaldığından idman oyunlarına, atletikaya, hovuz varsa üzgüçülüyə çox vaxt ayrılır. Məşğələlərin III mərhələsində bütün göstərilənlər saxlanılmaqla üzgüçülüyə 2 dəfə artıq vaxt verilir.
Qaçış: Son zamanlar fiziki hazırlığın bu növü həm fərdi, həm də qrup halında geniş yayılmışdır. Lakin yaşlıların qaçışdan istifadə etməsi ciddi həkim nəzarəti altında olmalıdır. Qaçış ancaq sağlam adamlar üçündür. Hipertoniya, ürək qan-damar sistemi xəstəlikləri olan və infarktı keçirən şəxslər üçün qaçış məsləhət deyil.
Dostları ilə paylaş: |