İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə198/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   194   195   196   197   198   199   200   201   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

22.2. GÜLƏŞİN GİGİYENASI
Hazırda güləş adı altında bir çox növlər cəmlənşmişdir: milli güləş, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, sambo, taekvando. Bu idman növləri ilə məşğul olan idmançıda güc, cəldlik, hərəkətlərin dəqiqliyi, koordinasiyası və özünü müdafiə kimi xüsusiyyətlərin yaradılması, sağlamlığı möhkəmlətməyə, fiziki inkişafı yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, güləş idmanı idmançıda qiymətli mənəvi, məqsədəçatma, mərdlik, cəsarət kimi keyfiyyətlərin inkişafına yardım edir.

Güləşmə zamanı idmançılar kəskin təkmübarizlik şəraitində, yüksək əzələ gərginliyi tələb edən texniki və taktiki fəndlər işlədirlər. İdmançılarda qısa müddətli sürət-güc, əzələ gərginliyi, nəfəsin saxlanması müşayiət olunur və əzələlərdə statik iş qeydə alınır. Yarışlar uzun çəkən turnirlər şəklində keçirildiyi üçün idmançıların özünü müəyyən, lazımi çəkidə saxlaması vacib sayılır. Bütün qeyd edilənlər güləşçilərin hazırlığında gigiyenik təminatın xüsusi əhəmiyyətə malik olduğunu göstərir. Güləşçilərin hazırlığında şəxsi gigiyena qaydalarına əməl olunması və dəriyə düzgün qulluq edilməsi önəmli sayılır.

Güləşçilərin hazırlığında düzgün və səmərəli qidalanma xüsusi rol oynayır. Qida maddələrinin tərkib hissəsinə olan gündəlik tələbat aşağıdakılardır: hər 1 kq kütləyə zülallar 2,4-2,8 q, yağlar 1,8-2,0 q, karbohidratlar 10,0-11,8q, kalori 70-75kkal. Qida vitaminlər, mineral maddələr, fosfor birləşmələri, heyvan mənşəli zülallarla zəngin olmalıdır. Gündəlik qidalanma dörd dəfə təklif olunur. Qida qəbulu arasındakı fasilə 5 saatdan çox olmamalıdır.

Güləşçilərə çəkini azaltmaq üçün məşq, qidalanma və su içmə rejiminə düzgün əməl etmək və isti prosedurlar qəbul etmək məsləhət görülür. Bu dövrdə xolin, metionin, B qrupu vitaminləri, doymamış yağ turşuları ilə zəngin maddələrin qida rasionunda miqdarını artırmaq vacibdir.

Əsas gigiyenik tələblərdən biri də məşğələlər və yarışlar zamanı idmançıların təhlükəsizliyini və travmatizmin profilaktikasını təmin etməkdir.

İdmançıların geyimi və ayaqqabıları da müəyyən xüsusiyyət təşkil edir. Belə ki, hər güləş növünün özünə məxsus geyim forması və ayaqqabısı vardır. Ayaqqabılar dabansız, kantsız, ipləri isə dəmir ucsuz olmalıdır. Xüsusiləşdirilmiş güləş zalında güləşçilərin hərəkət keyfiyyətlərini təkmilləşdirmək üçün güləş xalçası, məşq müqəvvası, güzgü, gimnastika pilləsi, trenajorlar və digər alətlər yerləşdirilməlidir. Zalda mütləq dərman çantası, zibil yeşiyi və ayaqyoluna getmək üçün ayaqqabı olmalıdır.

Yarışlara bir ildən az olmayaraq məşq etmiş, məşqçi tərəfindən təqdim olunmuş və yarışlara beş gündən az qalmış müddətdə tibbi müayinədən keçən güləşçilər buraxılır. Çəkilmə yarışın başlanmasına 2 saat qalmış başlanır və 30 dəqiqə qalmış qurtarır. Bir neçə gün davam edən yarışlarda iştirakçılar hər gün çəkilməlidirlər.

İdman avadanlığının yarış üçün yararlı olmasına baş həkim, həkim və yarış keçirən təşkilatın sədri təminat verməlidir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin