İdman təbabəTİ VƏ GİGİyena


İDMAN OYUNLARININ GİGİYENASI



Yüklə 1,93 Mb.
səhifə202/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   198   199   200   201   202   203   204   205   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

22.6. İDMAN OYUNLARININ GİGİYENASI
İdman oyunları idmanın ən çox yayılmış növlərindəndir. İdman oyunları çox vaxt açıq havada, müxtəlif hava şəraitində keçirildiyi üçün yüksək sağlamlaşdırıcı və bədəni möhkəmləndirici təsirə malikdir.

İdman oyunlarının əsasını (tennis və stolüstü tennisdən başqa) iki kollektiv arasında mübarizə təşkil edir. Ona görə də, hər bir kollektivin ümumi məqsədi qalib gəlməkdən ibarət olur.

İdman oyunları ilə məşğul olanlar ilk növbədə dözümlü, davamlı, cəld, sürətli və yüksək hərəkət koordinasiyasına malik olmalıdırlar. Onlar idman oyunlarına xas olan xüsusiyyətlərə uyğun olaraq çox qaçmalı, qaçarkən birdən dayanmalı, tullanmalı, topla hərəkətlər etməli, onu yanlara, qısa və ya uzaq məsafəyə atmalıdırlar. Yaxşı hazırlıqlı komandalar oyunu, adətən, çox yüksək sürətlə keçirirlər. İdmançılar yüksək emosional oyun fəaliyyətinə malik olduğu üçün həm müvəffəqiyyət qazanarkən, həm də müvəffəqiyyətsizliyə uğrayarkən soyuqqanlıqla hərəkət etməlidirlər.

Bir çox idman oyunları açıq havada keçirildiyindən meteoroloji şəraitin pis olması nəticəsində oyun şəraitinin pisləşməsi də nəzərə alınmalıdır. Bütün göstərilənlər idmançılardan, onların komandada daşıdığı vəzifədən asılı olmayaraq yüksək fiziki hazırlıq tələb edir. Bu məqsədə nail olmaq idmançıların çox məşq etməsi, orqanizmin möhkəmləndirilməsi, sinir, ürək qan-damar, tənəffüs sistemlərinin təkmilləşdirilməsi, bir sıra vərdişlərin inkişaf etdirilməsi əsasında əldə edilə bilir.

İdman oyunlarının əsas xüsusiyyətlərindən biri yarışların çoxluğu, onların tez-tez keçirilməsi və uzun çəkməsidir. Bundan əlavə, idman mövsümünün uzun, dolğun və gərgin olması oyunçularda fiziki yorğunluqla bərabər, böyük əsəb-emosional gərginlik də yaradır. Bu, idmançılardan yüksək səviyyədə sağlamlıq, möhkəm orqanizm, ətraf mühitin mənfi təsirlərinə qarşı dözümlülük tələb edir. Buna görə də, idman oyunları üçün gigiyenik amillər əvəz edilməz əhəmiyyət kəsb edir. İdman oyunlarında istifadə edilən ümumi gigiyenik normativlərdən əlavə idmançıların sağlamlığını qorumaq, səmərəli istirahətini, qidalanmasını, iş qabiliyyətinin artmasını, bərpa dövrünün tezləşməsini təmin edən müxtəlif vasitələrdən də geniş istifadə edilməlidir.

Qeyd edildiyi kimi, idman oyunlarında yarış dövrünün uzun sürməsi, təqvim oyunlarının çoxluğu və tez-tez keçirilməsi məşq işini xeyli çətinləşdirir. Bu hal futbol və hokkey kimi mövsümi oyunlarda daha çox gözə çarpır. Basketbol, voleybol, tennis, stolüstü tennislə məşğul olan idmançılar isə nisbətən əlverişli şəraitdədirlər, çünki onların məşqləri örtülü binalarda da müvəffəqiyyətlə keçirilə bilir. Futbolçular və hokkeyçilər hava soyuq olanda cənub rayonlara gedərək orada məşq edirlər. Ona görə ki, bəzən onlar yarışlar zamanı pis və adət edilməmiş iqlim şəraitinə düşürlər. İqlimin dəyişməsi, xüsusən cənubda keçirilmiş məşqlərdən sonra yenidən şimala qayıtmaq oyunçuların idman fəaliyyətinə mənfi təsir göstərir.

İdman formasının saxlanılması üçün gündəlik rejimə riayət edilməsinin mühüm əhəmiyyəti vardır. Böyük əzələ yükü, iqlim şəraitinin bir neçə dəfə dəyişməsi ilə əlaqədar olan, uzun sürən və yorğunluq əmələ gətirən oyunlar mövsümündə yüksək iş qabiliyyətini saxlamaq ancaq düzgün gündəlik rejim seçildikdə mümkün ola bilər. Rejimdə vaxtlı-vaxtında, lazımi qədər yatmaq, əməyi və istirahəti düzgün təşkil etmək, spirtli içkilərdən uzaq olmaq, lazımsız adətləri aradan qaldırmaq mütləq nəzərdə tutulmalıdır.

İdman oyunları zamanı həddindən artıq tər ifraz olunduğu üçün dəri çox çirklənir. Dərinin çirklənməsi oyunçu yerə yıxıldıqda, çirklənmiş topu başı ilə vurduqda (futbolda) və əllə atdıqda, vurduqda (voleybol, basketbol) daha çox olur. Odur ki, hər oyundan sonra idmançılara isti duş qəbul etmək, təmiz alt paltarı geymək lazımdır. İdmançıların fəaliyyəti ayaqların vəziyyətindən çox asılı olduğuna görə, onlara yaxşı qulluq etmək lazımdır. Ayaqlar hər gün yuyulmalı və dırnaqlar tutulmalıdır.

Oyunçuların geyiminin və ayaqqabılarının böyük gigiyenik əhəmiyyəti vardır. Geyim və ayaqqabı yüksək əzələ fəaliyyətinə mümkün qədər yaxşı şərait yaratmalı, zədələnmələrin əmələ gəlməsinə səbəb olmamalıdır. Zədələnmələrin qarşısını almaq üçün xüsusi qoruyucu vasitələrdən, dizliklərdən, bandajdan və s. istifadə edilməlidir. İdman oyunlarının növündən asılı olaraq oyunçuların geyimi və ayaqqabısı müxtəlif olmalıdır.

Voleybolçuların, basketbolçuların və tennisçilərin geyimi və ayaqqabıları çox sadədir. Bunlar qısa tumandan, qolsuz köynəkdən, futbolkadan və yüngül ayaqqabıdan-kedi və ya krassovkadan ibarətdir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin