İdman təbabəTİ VƏ GİGİyena


QILINCOYNATMANIN GİGİYENASI



Yüklə 1,93 Mb.
səhifə204/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   200   201   202   203   204   205   206   207   208
İdman təb.və gig.dərslik. 311 (1)

22.8. QILINCOYNATMANIN GİGİYENASI
Qılıncoynatma başqa idman növlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Döyüş zamanı müxtəlif vəziyyətlər yarandığı üçün sinir sistemindən yüksək gərginlik tələb olunur. Gərginliyin artması idmançının görmə analizatorunu yorur.

Qılıncoynadanların qidalanmasının özünəməxsus xüsusiyyətləri var. Qida zülallar və vitaminlərlə zəngin olmalıdır. Vitaminlərdən A vitamini və B qrupası xüsusi əhəmiyyətə malikdir. Gündəlik qida payında bədənin hər kq kütləsinə zülallar 2,0-2,3q, yağlar 1,5-1,6q, karbohidratlar 9,0q-10,0q, kalori 60-65 kkal düzəldilmədır. İdmançı gün ərzində dörd dəfə qidalanmalıdır.

Məşqlərin düzgün təşkil edilməsi, gigiyenik qaydalara və normalara riayət edilməsi idmançının orqanizminə sağlamlaşdırıcı təsir göstərməsinə şərait yaradır. Məşqlər və yarışlar zamanı gün ərzində qılıncoynadanlar 20-25 döyüş keçirirlər. İdmançıların orqanizmi bu yüksək gərginliyə yaxşı hazırlaşmalı və uyğunlaşmalıdır. Ona görə də, ümumi fiziki hazırlığın çox böyük əhəmiyyəti vardır. Qılıncoynadanların gündəlik rejim ümumi gigiyenik tələblər əsasında qurulur. Qılıncoynadanlar zədələnmələrin olmaması üçün xüsusi geyimlərdən istifadə edilir. Bunlara qalın gödəkcə, döşlük, əlcək, maska və s. aiddir. Geyim az istilik keçirən və hava buraxan olduğu üçün dəri ətrafında mikroiqlim yaradır. İstilik ifrazı çətinləşir, geyim altında hava çox nəmli və isti olur. Bədənin hərarəti 38-390C-yə qalxır, dəri tez çirklənir, əhval-ruhiyyə pisləşir, iş qabiliyyəti aşağı düşür, istilik mübadiləsi və tənzimi pozulur. Odur ki, qılıncoynadanların geyiminin səmərələşdirilməsinə, təkmilləşdirilməsinə, eləcə də, təmizliyinə ciddi fikir verilir. Qılıncoynadanlar məşqlər və yarışlar zamanı cinsiyyət üzvlərini qorumaq üçün xüsusi vasitələrdən istifadə etməlidirlər. Qoruyucular deformasiya olmayan plastmasdan hazırlanmalıdır. Gödəkçələr, maska, əlcəklər və s. geyim və alətlər müntəzəm surətdə təmizlənməli və dezinfeksiya edilməlidir. Qılıncoynadanlar fasilələrdə kostyumaltı havanı dəyişmək məqsədilə gödəkçə və maskanı çıxarmalıdırlar. Gödəkçəni çıxarmaq mümkün olmadıqda düymələri açıb, bədənin havasını dəyişmək lazımdır.

İdmançının alt paltarı qolsuz köynək və tumandan ibarətdir. Ayaqqabı yüngül, yumşaq pəncəli, dabansız olmalıdır. Qılıncoynadanların yarış və məşqləri örtülü idman qurğularında keçirilir. İstilik ifrazını tənzim etmək üçün zallar yaxşı soyudulmalıdır. Zallarda havanın hərarəti 12 –140C, süni işıqlanma 200-400 lyuks olmalıdır. Hava tez-tez dəyişdirilməlidir. Döyüş meydançası sürüşkən olmamalıdır. Yaxşı olar ki, örtüyü rezindən olsun. Meydança başqa materiallardan olduqda, ayaqqabının pəncələrinə kanifol sürtülməlidir. Meydançanın üstü hamar olmalıdır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin