İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə13/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

Dil yanıltmacları adından da göründüyü kimi dili çaşdırmaq, dili dolaşdırmaq deməkdir. Belə yanıltmacların tərkibindəki səsləri tələffüz etmək çox çətin olur. Adətən belə hallarda dil dolaşır, tələffüz normaları pozulur. Bu yanıltmaclardan daha çox kiçik və orta məktəb yaşlı şagirdlərin nitq vərdişlərini inkişaf etdirmək məqsədilə istifadə olunur. Aşağıdakı nümunəyə nəzər salaq:

Ey qəfəsdəki çil bildirçin qardaş!

Gəl, səninlə çilbildirçinləşək!

Çilbildirçinləşsən də çilbildirçinləşəcəyəm,

Çilbildirçinləşməsən də çilbildirçinləşəcəyəm.

Buradakı ir, il, in səslərinin təkrarı tələffüzü olduqca ağırlaşdırmışdır. Bu cür yanıltmaclara şifahi xalq nümunələrində çox rast gəlmək mümkündür. Məsələn:

Qarğa qırdı qarğını,

Qırğı gördü qarğanı.

Qırğı tutdu qarğıdan

Qarğa qaçdı qırğıdan.

Qovdu qırğı, sındı qarğı, uçdu qarğa, qar-qar!

Yaxud:


Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim:

Dedi:

Və yaxud:

Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan və s.


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin