İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə14/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

Fikir yanıltmacları isə daha maraqlıdır. Burada əsas məqsəd uşaqları düşündürmək, hadisələrin mahiyyətini dərk etməyə alışdırmaqdır. Fikir yanıltmacları nisbətən böyük yaşlı uşaqlara aid edilir. Bu yanıltmacların mövzusunu məişətlə bağlı hadisələr təşkil edir. Məsələn: “Bir yetim iki yol ayrıcına gəlib çatır. Düzünə yol yoxdur. Sağa getsə atası, sola getsə anası öləcək. Bəs o, nə etməlidir? “ və s.

Belə misallara tapmacalarda da rast gəlmək olar:

Toppuş, Tontoş gəzirdi boş.

Ana toyuq baxdı soyuq:

Salsan havar, bağda Mö var!

Yeddi cücə dingildədi:

Bağda Mö var!

Bağda Mö var!

Ana toyuq qaqqıldadı:

Qaq-qaq!


Gedək Mönu tanıyaq!

Toppuş, Tontoş zingildədi:

Hav-hav!

Gedək Mönu tanıyaq!

Bağdakı Mö möyüldədi:

Mö-ö-ö..


Buzovum var, ətim var!

Mö-ö-ö..


Bulamam var, südüm var!

Mö-ö-ö..


Adım nədir, uşaqlar?- Belə sövti-təqlidi sözlərdən istifadə etməklə rəngarəng ifadəlilik yaradılmışdır.



Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin