İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə17/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

3. Tələbələrin ifadəli oxusu şagird və ya tələbələrin seçilmiş bədii mətn üzərindəki fəaliyyətinin yekunudur. Müəllimin ifadəli oxusu və əsərin sinifdə təhlili əslində tələbələrin ifadəli oxusu üçün bir növ hazırlıq mərhələsidir. Əsəri ifadəli oxumaq üçün tapşırıq almış tələbə əvvəlcə seçilmiş mətni məntiqi cəhətdən oxumalıdır. Yəni o, əsərin ideyasını, müvzusunu, çətin sözlərin lüğəvi mənasını, obrazların səciyyəsini, əsərin dil və üslub xüsusiyyətlərini, oradakı sənətkarlıq məsələlərini tam qavramalıdır. Əgər tələbə hər hansı bir mətni məntiqi cəhətdən oxuyub qavramazsa, həmin mətni ifadəli oxuya bilməz.

İfadəli oxu məşğələlərində, xüsusilə də tələbələrin ifadəli oxusu prosesində televiziya və radio verilişlərində onlara lazım olan materiallara, yəni görkəmli söz ustalarının ifasına qulaq asıb sonra onları təhlil etmək tədbirləri də faydalı olur. Həmin söz ustalarının səsindəki ahəngdarlıq, intonasiya və ifadəli oxu üslubu şagird və ya tələbələrə həmin bədii mətnin incəliyinə qədər başa düşməyə imkan verir. Dinləyici əsərdəki obrazlar haqqında düzgün təsəvvür əldə edir, hadisələri və mürəkkəb psixoloji vəziyyətləri qavraya bilir.

Tələbələrin ifadəli oxusu mərhələsində səs yazılarından da istifadə etmək zəruridir. Çünki, bu mərhələdə tələbələr ifadəli oxuda çox zaman düzgün tələffüz normalarına əməl etmir və kobud nöqsanlara yol verirlər. Onların buraxdıqları səhvləri və tələffüzdəki nöqsanlarını əyani şəkildə izləmək çətin olur. Həmin nöqsanlar mətnin oxusundan sonra, oxu prosesində iştirak edən tələbələrin çox zaman yadından çıxır. Ona göə də ifadəli oxuyan tələbənin nitqindəki nöqsanları islah etmək çətinləşir. Bu çətinliyi aradan qaldırmaq üçün tələbələrin ifadəli oxusu zamanı hər bir ifadəli oxuyan tələbənin və ya şagirdin oxusu səs yazısı vasitəsilə qeyd edilməli, sonra isə həmin oxu təkrar sinif qarşısında səsləndirilməlidir. Bunun üçün ifadəli oxuyan tələbənin səsi dinlənilməmişdən qabaq müəllim elan etməlidir ki, tələbə yoldaşlarının ifadəli oxusunu izləsinlər və onun nitqindəki nöqsanları qeydə alsınlar. Belə olduqda ifadəli oxuyan tələbə daha çox məsuliyyət hiss edər, əvvəlcədən məntiqi oxuya daha çox fikir verər.


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin