İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə19/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

Rüstəm bəy (təklikdə) : İndiyə kimi ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam… (sükut) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum… Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdunu virana qoydum…”

Şagird və ya tələbələrə daxili nitq ilə əlaqədar olan bədii mətn parçalarının çatdırılması ifadəli oxuda əhəmiyyətli yer tutr. Çünki, sənətkar daxili nitq vasitəsilə özünün bütün daxili aləmini, duyğularını, fikir və düşüncələrini təzahür etdirir. Odur ki, müəllifin və ya surətin ürəyindən keçən fikirlər daxili-psixoloji nitqin əsas və spesifik xüsusiyyətləri hesab olunur.



Daxili nitqin oxunmasının özünəməxsus ifadə tərzi vardır. Belə ki, bədii əsərdə qəhrəmanın öz daxili aləmi ilə danışdığı parçaları oxuyarkən oxuya xüsusi pıçıltı çaları vermək lazımdır. Həmçinin bunun üçün ən alçaq ton seçmək tələb olunur. Məsələn: S.Rəhimovun “Mehman” povestinə nəzər salaq. Bu əsərdə müəllif Mehmanın dilində daxili-psixoloji nitqdən istifadə etmişdir.  Povestin əsas qəhrəmanı Mehmandır. Yazıçı onun timsalında həyatda çətinliklərdən qorxmayan, özünü təsdiqləməyə çalışan, idealları uğrunda axıradək mübarizə aparan gənc hüquqşünas obrazı yaratmışdır. Ailədə aldığı gözəl tərbiyə, xeyirxah müəllimlərinin verdikləri öyüd-nəsihətlər Mehmanın xarakterinin formalaşmasında mühüm rol oynamışdır. Orta məktəbi bitirən Mehmana müəllimi Məlikə xanım belə nəsihət verir: «Bəli, oğlum, daxili təmizlik və vicdani saflıq insan üçün böyük vüqardır... Daima o, adamı cürətli, alnıaçıq və başıuca edir». Müəlliminin bu öyüd-nəsihəti sonralar Mehmanın həyat amalına çevrilir və onu heç vaxt büdrəməy qoymur.
    Mehmanın timsalında mənəvi təmizlik məsələsini qabartmaqda müəllifin niyyəti vardır. Baş qəhrəmanın mənəvi saflığı yazıçının əsərdə oxucuya aşılamaq istədiyi qanunun aliliyi ideyasını tamamlayır. Oz qəhrəmanını daim gərgin mübarizələrdə təsvir edən müəllif göstərmək istəyir ki, mənəvi-əxlaqi cəhətdən ləkəsiz olan insanı həyatda heç nə ilə qorxutmaq, tutduğu yoldan geri döndərmək mümkün deyil.

Onun işləməyə gəldiyi rayonda indiyədək qanunlar deyil, ayrı-ayrı vəzifə, səlahiyyət sahiblərinin sözü əsas tutulub. Burada cinayətkar dəstə yuva salıb. Müstəntiq Murtuzovun, onun arvadı Yavərin, bağça müdiri Zərintacın, anbar müdiri Məmmədxanın, maskalanmış Qaloşlu adamın birləşdiyi bu dəstə həm də ona görə qorxuludur ki, onu rayon icraiyyə komitəsinin sədri Kamilov himayə edir. Mənəvi pozğunluq, rüşvətxorluq, pula, mal-dövlətə hərislik, xəyanət kimi mənfi amillər dəstənin üzvlərini bir-birlərinə bağlayır.
        Onlar rayona təzə gələn gənc prokuroru da yumşaldıb öz sıralanna qatmaq istəyirlər. Bunun üçün əvvəlcə ələalma, şimikləndirmə vasitələrini işə salırlar, bunlar bir nəticə vermədikdə isə ləkələmə, təhdid metoduna keçirlər. Cinayətkar dəstənin üzvləri Mehmanın ailəsinin, daha dəqiq desək, həyat yoldaşı Züleyxanın timsalında onun zəif yerini tapırlar. Züleyxa təmiz və saf bir qız olsa da, anasının mənfi təsirinə düşür. O, daş-qaşa aludəçilik, şöhrətpərəstlik hisslərini cilovlaya bilmir və cinayətkar dəstənin üzvlərindən hədiyyə kimi qızıl saat alır. Cinayətkarlar artıq gənc prokurorun öz əllərində olduğunu düşünsələr də, yanılırlar.
Hədiyyə əhvalatından xəbər tutan Mehman gərgin psixoloji anlar yaşasa da, sınmır və başladığı mübarizədən dönmür. O, ailəsində baş verən hadisəni açıb-ağartmaqdan çəkinmir, rüşvət verilən qızıl saatı seyfə qoyaraq Qaloşlu adama qarşı cinayət işi qaldırır və onu həbs etdirir.
Belə ki, Mehman sinfi düşmənləri tərəfindən arvadına verilən qızıl satin haradan alındığını müəyyənləşdirdikdən sonra bir an belə rahatlıq tapa bilmir. Müəllifin qənaəti belədir ki, ailə cəmiyyətin bir hissəsidir və onları bir-birindən ayırmaq mümkün deyil. Hər kəs, ələlxüsus da qanun keşikçiləri tutduqları vəzifənin öhdəsindən ləyaqətlə gəldikləri kimi, ailələrinin təmizliyinə və bütövlüyünə də nail olmalıdır. O, ürəyində anası ilə danışır və deyir: “Düzdür, ana, dediyin düz də çıxdı. Şəhla xanımın xəmrəsi ayrı cürə yoğrulmuşdur. İndi bəs, bu rüsvayçılıq ləkəsini necə silməli? Bütün bu ağ saçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab verməli?.. Bir çıqqıltı eşidilirdi... Xırdaca saatın əqrəbi ahəstəcə yeriyir, saat çıqqıldayırdı. Parıltısı aynaya düşən qızıl saat onun gözlərini yumdu, saat ürəyində çıqqıldadı. Elə bil ki, dünya Mehmanın başına uçdu. Bəs bu səs haradan gəlir? Nə üçün bu səs susmur, axı mən ilk dəfə şübhəyə düşdüyüm andan niyə dərinə getmədim?”

Daxili düşüncə ilə bağlı olan belə nitqdə ritorik suallar və ya nidalar çox işlənir ki, onlar da cümlələriun emosionallığını artırır və nitqi təsirli edir. Bəzən elə olur ki, qəhrəmanın daxili düşüncələrini obrazların özü deyil, müəllif açır. Obrazın xəyalından keçən fikirlər haqqında oxucuya məlumat verir. Məsələn, S.Vurğun “Muğan” poemasında öz qəhrəmanı Sarvanın düşüncələrini belə təqdim edir: “Gecə keçmiş, Sarvan yenə düşünür yalnız, “Gözlə məni, gözlə məni, ey vəfalı qız!” İlk işıqlar yanan zaman Mingəçevirdə”.

Daxili nitq olan yerdə həm də güclü romantika olur. Belə parçalrın bədii əsərlərdən seçilib oxunması və ya əzbərlənməsi şagirdlərin xəyal aləminin, onların mənəvi dünyasının formalaşması üçün faydalıdır. Bu cür parçaların oxunması şagirdlərin nitqinə yüksək poetik vüsət gətirir. Daxili düşüncə ilə əlaqədar nitqin oxunması bədii əsərin ideyasının açılmasında da əhəmiyyətli rol oynayır. Çünki istər hər hansı bir qəhrəman, istərsə də yazıçının özü ən yüksək ideal və amalını öz düşüncələrində verir. Məsələn: M.Hüseynin “Abşeron” romanına nəzər salaq. Burada Tahirin qəhrəman olmaq arzusu hadisələrin təsvirindən daha çox onun öz düşüncələrində gözəl ifadə olunur. Belə ki, Tahir qəzetdə şəkli çıxmış bir əmək qəhrəmanının haqqında belə düşünür: “O da mən yaşdadır. Allahın altında məni də işə götürəydilər. Onda elə qiyamət eləyərəm ki, bir müddətdən sonra həmin qəzet mənim şəklimi iki o boyda versin”.

Daxili-psixoloji nitq əsasən bütün janrlarda yazılan əsərlərdə olur. Adətən bütün insanlar, qeyd etdiyimiz kimi, hər hansı bir şey haqqında fikirləşərkən daxili nitq tipindən istifadə edir. Yəni, daxili nitq vasitəsilə fikir yürüdür, analiz edir,nəticə çıxarır. Lakin janrın təbiəti daxili nitqdə müxtəlif təzahür formaları əmələ gətirir. Təcrübə göstərir ki, hər bir sənətkarın bədii üslubu həmin üsluba uyğun oxu qaydası tələb edir. Hətta yazıçının müxtəlif dövrlərdə yazılmış əsərlərinin oxu qaydasında da keyfiyyət dəyişikliyi özünü göstərir. Müxtəlif dövrlərdə yazılmış əsərlərin fərdi üslubu arasındakı dəyişikliyi müəyyənləşdirmək üçün həmin əsərlərin qəhrəmanlarının dili tutuşdurulub qarşılaşdırılır. Məsələn: C.Cabbarlının “Aydın”, “Oqtay Eloğlu” əsərlərinin dili “Almaz” əsərinin dilindən fərqlənir. Çünki C.Cabbarlı bu əsərlərini müxtəlif dövrlərdə qələmə almışdır. Almazın dili, danışığı çox sadədir. O, hamının başa düşəcəyi dildə danışır.

Beləliklə, bütün bu deyilənlər göstərir ki, ideyanın aydınlığı nitqin də aydınlığına səbəb olur.


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin