Vəzir:
Yaxşı da... Çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?..
Vaqif:
Dayan! Bu bağçanın hər bir budağı
Üstündə min çiçək, min dil bitirmiş,
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş!
Qacar (kinayə ilə):
Nizamiyə bax... Füzuliyə bax...
Səməd Vurğun Molla Pənah Vaqif obrazını müdrik, cəsarətli, təşkilatçı olduğu qədər də humanist bir obraz kimi yaratmışdır. Qacar nə qədər qəddardırsa, zalımdırsa, Vaqif bir o qədər humanistdir. Aşağıdakı parçaya nəzər salaq:
Qacar:
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır.
Bununla Qacar həyat kamını qan tökməkdən aldığını söyləyir. Ancaq Vaqif tamamilə bunun əksidir. Vaqif eşikağası kimi sarayda xalqın hüquqlarını müdafiə edir, xalqa sadiqliyini qoruyub saxlayır, xalqı həm də İbrahim xanın qəzəbindən qoruyur. O, sarayda olmasının səbəbini Vidadiylə olan dialoqunda belə deyir:
Mən orada olmasam, qan çıxar dizə,
Quşlar da ağlayar ellərimizə.
Xan məndən utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
Başqa bir parçada isə Vaqifin böyüklüyü diqqətə çatdırılır. Məsələn;
Qacar:
... Belə deyirlər ki, ağladır yeri
Sizin Qarabağın xanəndələri.
Hünəriniz varsa, bir “Rast” oxuyun!
Dostları ilə paylaş: |